Kliklənmiş sevgi…

by Heydarov

Əslində fikir versək bütün hər şey sevgi üzərində qurulub. İstənilən bir şey… Hətta nifrət belə sevgidən doğur. Heç kim ilk baxışda kiməsə nifrət etməz. İlk öncə onu tanıyıb necə biri olduğunu öyrənirsən, sonra sevgi duyursan sonra nifrət edirsən… Bu inkaredilməz və təkzibolunmaz bir ifadədir. Bundan başqa ətrafımıza baxsaq görərik ki sevgisiz yaşamaq qeyri-mümkündür. Ən başdan-insanın ana bətninə düşməsindən- başlayaq.

İnsan ana bətnində ruhunu əldə edən andan sevgi hissi bütün vücudunda yayılır… Sonra qaranlıqdan işığa çıxır. İlk öncə qorxur və ağlayır, lakin sonra anası onu qucağına aldıqdan sonra sevgi hissi canlanır və başlayır böyüməyə bu hiss o da böyüdükcə… Allah sevgisi, ata sevgisi, ana sevgisi, ailə sevgisi, insan sevgisi artıq formalaşmağa başlayır… Necə formalaşma isə artıq olduğu şəraitə və aldığı tərbiyəyə bağlıdır…

 

Sevgini kliklə…

 

Online-romance1

 

Müasir dövrün zərurətidir internet. Hər şeyi ordan edirsən. Hətta sevgini belə ordan tapırsan… Əslində bunun doğru olub-olmamağı çox təzat doğurur. Görmədiyin, tanımadığın bir insana qarşı necə sevgi duya bilərsən axı? Bax bu sual pik sualdır. Həyatda yaşanılmış hadisələrə statistik yanaşaraq deyə bilərəm ki çox nadir hallarda tapmaq olar belə sevgini. Ama tapdığın bu sevgi də çox nadir sevgi olur. Həqiqət belədir. Amma baxsaq ki, bura Azərbaycandır və burda sevgi deyiləndə ağla ilk gələn qız tutmağdır, bütün dediklərimi kənara atıb deyə bilərəm ki, çıxın ən hündür binanın başına atın özvüzü… 

Sevgini axtarma…

Love_search_key_computer_tiny1

Axtarışa çıxmağı düşünürsənsə indidən at bu fikri ağlından…Sevgi axtarılmağı xoşlamır. Əsəbləşdirərsən sonra başına elə oyun açar ki, bir də sevgiyə inanmazsan… Gözlə, o özü gəlib səni tapacaq nə vaxtsa… 

 

Yaşamaq gözəldir, sevgiylə yaşamaq ondan da gözəldir…

Advertisements