Nəfəs…

by Heydarov

İtməy istədim gözlərində,

Qeyb olmağ, çəkilməy sonsuzluğa.

Nəfəs almağ istədim dodağlarında,

Ruhunu çəkməy ruhuma.

 

Hər saniyə boğulmağı arzulayırdım,

Yox olmağı arzulayırdım saçlarının arasında.

Günəşə doğru yüksəlmək idi məqsədim,

Sənin qanadlarınla qalxmaq ora.

Blackheart_by_ruslankadiev1

Qırdın qanadlarımı, düşdüm yerə parçalandım…

Parçalandı ürəyim, itdi qaranlıq küçələrin səssizliyində.

Sənsizliklə basdırdın üzərimi üşüməyim deyə. 

Qayğıma qaldığını düşündün bəlkə də,

Amma mən ölürəm burada gözlərimlə yaşlarla.

Səhərin açılmasını istəmirdim, yeni günün başlanmasını,

Günəşin yenidən doğub səni mənə xatırlatmasını. 

Dİnləmək istəmirəm o mahnıları, görmək istəmirəm o şəkilləri.

Parçaladım beynimi, dursun göstərməyi o yaşamadığım hisslərimi deyə.

Get sən də, rədd ol həyatımdan, beynimdən, ürəyimdən, ruhumdan…

 

 

Advertisements