Xocalısız 20il !!!

by Heydarov

Hadisələrin ədəbiyyat hissəsi:

1988-ci ildən başlamış Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ən müdhiş, faciəli, tarixdə analoqu çox az olan hadisələrdən biri Qarabağın ən qədim insan məskənlərindən biri olan Xocalıda baş vermiş soyqırım olmuşdur. Xocalı faciəsi XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosima faciələri ilə eyni səviyyədə durur.

Images1

Xocalı Xankəndi şəhərindən 14 km şimal-şərqdə yerləşir.

1992-ci ilin qanlı faciəsinə kimi Xocalıda 7 min əhali yaşayırdı. Məlum hadisələr dövründə Ermənistandan, qonşu Xankəndindən ermənilər tərəfindən didərgin salınmış xeyli azərbaycanlı və 1989-cu ildə Fərqanədən qovulmuş məhsəti türkləri də məskunlaşmışdılar.

1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etmişlər. Əvvəlcə şəhər dörd tərəfdən erməni qoşunları tərəfindən əhatə olunmuş, sonra isə Xocalıya artilleriya və ağır hərbi texnikadan güclü və amansız atəş açılmış, az bir vaxt ərzində şəhərdə yanğın baş vermiş, şəhər tamamilə alova bürünmüşdür. Şəhərin müdafiəçiləri və yerli əhali buranı tərk etməyə məcbur olmuşlar. Fevralın 26-sı səhər saat 5-ə kimi şəhər erməni işğalçıları tərəfindən zəbt edilmişdir.

Bir gecənin içərisində qədim Xocalı yerlə yeksan edilmişdir.

Şəhəri tərk etməyə məcbur olan əhali dağlara, meşələrə qaçmışdır. Hər tərəfdə silahlı ermənilər dinc əhalini güllələyir, onlara amansız divan tutmuşdular. Beləliklə, soyuq, qarlı fevral gecəsində nə qədər qız-gəlin əsir düşdü, girov oldular. Nə qədər insan erməni silahından yayınıb meşələrə, dağlara qaçsalar da onların çoxu soyuqdan, şaxtadan məhv oldular…

Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin – qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyildir.

Bu əsl soyqırım idi. Xocalıda öldürülmüş 613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qoca insanlar olmuşlar.

Xocalı faciəsində 8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideyinlərindən birini itirmişdir.

Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirlimişdir. Onlar diri-diri yandırılmış, başları kəsilmiş, üzlərinin dərisi soyulmuş, körpə uşaqların gözləri çıxarılmış, süngü ilə hamilə qadınların qarınları yarılmışdır. Ermənilər hətta meyitləri də təhqir etmişlər…

Azərbaycan xalqı və onun dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1 mart 1994-cü ildə bu haqda xüsusi Fərman vermişdir. Azərbaycan Respublikasının Milli Məclisinin Qərarı ilə 26 fevral “Xocalı soyqırımı və milli matəm günü” elan olunmuş, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilmişdir.

 25 fevral 1997-ci ildə “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev tərəfindən Fərman verilmişdir. Hər il 26 fevralda ölkə başçısı “Xocalı Soyqırımı” ilə əlaqədar xalqa müraciət edir.

Mənbə:Azerbaijan.az

İndi keçim əsas hissəyə:

İnsanlıq tarixi yaranandan bəri barbarizm, vəhşilik, savaş, müharibə hər zaman baş verib. İnsanlar hər zaman ölümə məhkum olub. Amma 1992.25-26 fevral həqiqətən Azərbaycan tarixində və mənim qəbimdə böyük bir iz qoyub. Xocalı sadəcə faciə deyil. Buna adi bir faciə kimi baxan Azərbaycanlı Azərbaycanlı deyil.

Xocalıda ölənlər adi şəkildə ölmədi, normal ölmədi. Orada ölənlər 1001 işgəncə ilə öldü.

0071

 Kişilər cinsiyyət orqanları kəsilərək, bədəninin dəriləri soyularaq, gözləri çıxardılaraq, tikanlı məftillərə bağlanaraq, ağaclardan asılaraq yavaş yavaş öldürüldü.

Qadınlar… Qadınlar döyülərək, atası yoldaşı qardaşı önündə soyundurulub zorlanaraq, döşləri kəsilərək, insanlıq tarixinin görmədiyi şəkildə işgəncələrə məruz qalaraq öldürüldü.

Uşaqlar- azyaşlı uşaqlar belə işgəncələrə məruz qaldı. Dəriləri soyuldu, qulaqları, burunları kəsildi, gözləri çixarıldı. Zori Balayan(erməni iti) 13 yaşlı uşağın bütün bədən dərisini soyaraq neçə dəyqəyə öləcəyini hesabladı və bununla da fəxr etdi.

002101410101Images14320181419bafecd5d6031

 Bu hadisəni hələ də düşünməyən adama lənət olsun.

Xocalıda olanlar bugün bizlər də ola bilərik. Bunu düşünüb nə hissetdiyinizi bilin. 

Advertisements