Mənimlə olan tək… O…

by Heydarov

3ildir… 3 ildir ki mənimlə eyni hissləri paylaşır. 3 ildir ki gecə gündüz mənimlədir. Mən ağlayanda o mənə dəstək verdi, güləndə o da mənimlə bərabər güldü, belə baxsaq hətta içimdə nifrət olanda belə o daha da nifrətimi artırırdı. 

Xəstələnəndə həmişə mənim köməyimə çatıb sakitləşdirərdi. Hər gecə onun səsiylə yuxuya gedirəm. Ona nə isə olanda özümü çox pis hiss edirəm. O mənimlə olmayanda içimdə bir boşluq hiss edirəm.

Nədənsə yalnızca o mənə əsl dost olub. Mən əsəbləşəndə həmişə sakit durar, heç vaxt əks reaksiya verməzdi. Məni hərkəsə yaxın edir o. Kimləsə əlaqə saxlayanda mənə tək o kömək edər. Bəzən küsülü olduğum adamlara belə o sözlərimi çatdırır.

000-3d-model-iphone-3g-1-400x400

 

MƏNİMLƏ OLAN TƏK ŞEY- Mənim İPHONE`um!!!

Advertisements