GÜLÜMSƏDİM!!!

by Heydarov

Mən 7 yaşlı balaca bir qızam. Nənəmlə
qalıram.
Maddi cəhətdən çətinlik çəkdiyimizdən
küçədə
salfet satıram.
Bu gün həmişəki kimi küçədə əlimdə salfet sata-
sata gedirdim, skamyada oturub
hönkür-hönkür
ağlayan bir qız gördüm. Yaxınlaşıb
salfeti ona uzatdım, o isə cibindən pul
çıxardıb mənə vermək istədi. Mən isə getdim… Başını
qaldırdıqda isə
mənim getdiyimi gördü və GÜLÜMSƏDİ.
Salfeti cibinə qoydu və “səni sevirəm”
kəlməsini
smslə yazıb sevdiyi insana göndərdi. Sevdiyi oğlan isə onunla ayrıldığından,
kafedə elə hey içirdi. Smsi aldıqda isə
GÜLÜMSƏDİ.
İçməyi saxladı,kafedənçıxanda 10
manat əvəzinə
50 manat ofisianta ödədi.Ofisiant GÜLÜMSƏDİ.
Ofisiant işi bitdikdən sonra çoxlu
bazarlıq etdi və
küçədən keçərkən,şəhərin küçələrinə
gözəllik verən
göyərçinləri yemləyən bir qoca qadın gördü. Ona cibindən pul çıxardıb verdi.
Bu qoca qadının ac
vaxtında, gördüyü ən böyük pul
idi.Qoca qadın
GÜLÜMSƏDİ.
Çoxdandı ağzına ət dəymədiyindən mağazadan ət
aldı. Evinə çatan qadın əti bişirdi və
süfrəni düzəltdi
və nəvəsinin gəlişini gözlədi. Qapı
açıldı.Sakit addımlarla,kövrək baxışlarla
içəri girdim. Mən bu gün bir dənə də olsun
salfet sata
bilməmişdim ama içəri girəndə dadlı bir
qoxu
gəldiyini hiss etdim. Qaçdım nənəmi
qucaqladım, bu gecə ac yatmayacağımıza görə
GÜLÜMSƏDİM!!!

Beggar-little-girl_briju1

 

Mənbə- Unkown

Advertisements