Bir qadın istərəm…

by Heydarov

Bir qadın istərəm ideallaşdırdığım,

Qadın kimi qadın olsun.

Gecələr həyat yoldaşım olmağdan çıxsın,

məni də çıxartsın yoldaşlıqdan,

Mən olum aşiq, O olsun məşuqə.

Qadın istərəm həyatını mənə həsr etməsin.

Məni həyatına həsr etsin istərəm,

rəqs etsin mənimlə həzin bir nəğmə altında

mətbəxdə soğan soyarkən…

Soğan soysun gözyaşları axa-axa,

təki yalnızca soğan ağlatsın onu.

Bir qadın istərəm girsin həyatıma,

Evimə, mətbəximə, yatağıma, qəlbimə.

Qadın olsun eee yemək bişirsin mənə.

Dolmanın ətrini duyum və onu tələsdirim ki,

tez ol acmışam möhkəmcə.

Dolmanın ətri qarışsın onun ətrinə.

Bir qadın istərəm axşam gələn kimi atsın məni yatağa,

şəhvət dolu masajlarla sakitləşdirsin bədənimi. 

Ədəbsiz olsun mənimlə yatağda…

Amma ancaq yatağda. 

Açıq saçıq geyinsin qoy, heç geyinməsin lüt gəzsin. 

Ancaq mənimçün gəzsin, otağımızda gəzsin.

Qadın olsun gələcəyə baxan hər tərəfdən…

Anamın əlini öpsün, ona gəlin olsun.

Ədəbli olsun anamın qarşısında,

ama qoy yataqda ədəbsiz olsun mənlə.

Qoy, tərbiyəsiz olsun mənə qarşı arsızlaşsın 

lakin Anama hörmət etsin ana olaraq…

Bir qadın istərəm namusum olsun, qeyrətim olsun.

Onu qoruyum hər gözdən, yanar köztək.

Arada mübahisə edək…

Qadın dediyin əriylə mübahisə etməlidir hər evlilikdə.

Mən çığırım, o ağlasın qoy. Uşaqlar qapı arxasından dinləməsin deyə

otağdaki tualetdə mübahisə edək. 

Qoy ağlasın hönkür-hönkür,

yandırsın bağrımı göz yaşlarıyla…

Sonra yenə yatağda barışaq onla…

Bir qadın istərəm mənimlə nu həyat adlı karuseldə yellənən...

 

 

 

 

303868_346173842143644_1297934987_n1

Advertisements