Almaniyada zəif, Azərbaycanda güclü

by Heydarov

Monin-cassis-de-dijon-4375651

1978’ci ildə Almaniya Avropa Birliyi məhkəməsinə müraciət etmişdir.Almaniya höküməti Fransadan Cassis de Dijon adlı likörün idxal edilməsini qadağan etmək istəyirdi. Səbəb olaraq isə tərkibinin 15-20% spirtdən ibarət olduğunu demişdir, Almaniyada isə satışda olan spirtli içkinin tərkibi 25%`dən çox olmalıdır. 

Avropa birliyi Sazişinə əsasən `Məhsulun Sərbəst Daşınması` qanununa görə məhsulların birlik içərisində idxal-ixracında qadağa qoyula bilməz(istisnalar var). Əgər ölkə buna qarşı çıxmaq istəyirsə bu 4 sahədən birində arqument irəli sürməlidir: Maaliyyə nəzarəti; ictimai sağlamlığın qorunması; iqtisadi sövdələşmələrin ədalətliliyi; istehlakçı hüquqlarının qorunması.

Almaniya hüquq qarşısına iki zəif arqument irəli sürdü:
1) hakimiyyətin ilk arqumenti ictimai sağlamlığa toxunur. Onlar təklif edirlər ki, spirt miqdarı az olan içkilər insanları içkiyə aludə olmağa daha çox meylli edir. Təbii ki hakim bu arqumenti qəbul etmir.

2) hakimiyyətin ikinci arqumenti istehlakçı hüquqlarına dayanır. Bu arqumentdə bildirirlər ki, müştəriyə fərqli miqdarda spirt təşkil edən içkilərin eyni  yüksək vergiylə satılması ədalətli deyil. Hakim bu arqumenti də rədd edir, və bildirir ki müştərinin özünün seçmə hüququ və bacarəğə var. 

Beləliklə arqumentlərin qəbul olunmaması nəticəsində Almaniyanın irəli sürdüyü məsələdə haqsız olduğunu və  Avropa Birliyi Sazişinə qarşı olduğu qəbul olundu…

Mənim fikrimə görə bu məsələdə Almaniya bazarda rəqabəti itirməmək üçün bunu edirdi, çünki Cassis de Dijon sözün əsl mənasında möhtəşəm likördür.

                                                                    *** 

Azərbaycanda isə it öldürənlərə qarşı polislər çox güclü qərar çıxardıblar. Hər birinə 25 AZN cərimə ediblər. Bu da rəsmi sənəd!!!

29029_440946332642441_1171742568_n1

Advertisements