Heydaroff's World

All I think…

Month: June, 2013

Maraqlı 2 məntiq sualı

Bu dəfə sizin bu 2 sual haqqında düşünməyinizi və cavab verməyinizi istəyirəm. Gələn yazıda bu sualları nədən verdiyimi izah edəcəm. Yəni izləyin yazıları 🙂

Think about it :)

1)Əgər 5 maşın 5 dəqiqəyə 5 məhsul istehsal edirsə, o zaman 100 maşın neçə dəqiqəyə 100 məhsul istehsal edər?

2)Göldə yosunlar var. Hər gün yosunlar iki dəfə artır. Əgər yosunlar 48 günə bütün gölü bağlıyırsa, neçə müddətə gölün yarısı yosunla dolar?

p.s. suallarda heç bir söz aldatması yoxdur.

Advertisements

Almaniya haqqında fikirlər siyahısı

Höte instititunun Avropanın 18 şəhərində, 13000 nəfər arasında keçirdiyi sorğuya əsasən Almaniya haqqında ən`lər siyahısı yaradıldı. Baxaq görək Avropalılar Almaniya haqqında nə düşünür…

 Almaniyada ən önəmli şəxs kimdir?
1.Johann Wolfgang von Goethe  17%
2.Angela Merkel  15%
3.Albert Einstein  15%
4.Martin Luther  8%
5.Ludwig van Beethoven  7%
6.Otto von Bismarck  5%
7.Johann Sebastian Bach  5%
8.Willy Brandt  5%
9.Adolf Hitler  4%
10.Konrad Adenauer  4%

Image

Ən yaxşı alman kitab hansıdır?

1.Faust (Johann Wolfgang von Goethe)  17%
2.Tənəkə Baraban(Drum) (Günter Grass)  10%
3.Grimm`in Nağılları  8%
4.Buddenbruks (Thomas Mann)  7%
5.Səhirli Dağ (Thomas Mann)  7%
6.Gənc Verterin Dərdləri (Johann Wolfgang von Goethe)  7%
7.Ətir (Patrick Süskind)  6%
8.Qərb Cəbhəsində Sakitçilik (Erich Maria Remarque)  4%
9.Üç Yoldaş (Erich Maria Remarque)  4%
10.Oxucu (Bernhard Schlink)  4%

Image

Ən yaxşı alman filmi hansıdır?

1.Başqalarının həyatları (Florian Henckel von Donnersmarck)  17%
2.Sağol, Lenin! (Wolfgang Becker)   16%
3.Arzu Qanadları (Wim Wenders)  11%
4.Qaç Lola Qaç! (Tom Tykwer)  8%
5.Yıxılma(Oliver Hirschbiegel)  6%
6.Metropolis (Fritz Lang)  5%
7.Das Boot (Wolfgang Petersen)  4%
8.Dalğa (Dennis Gansel)  4%
9.Mavi Mələk (Josef von Sternberg)  4%
10.Tənəkə Baraban(drum) (Volker Schlöndorff)  3%

Image

Ən gözəl alman musiqisi hansıdır?

1.9cu Simfoniya (Beethoven)  13%
2.99 Hava Balonları (Nena)  10%
3.Ayişığı Sonatası (Beethoven)  7%
4.Johann Sebastian Bach’ın musiqisi  7%
5.Elize üçün (Beethoven)  6%
6.Ludwig van Beethoven’un Musiqisi  5%
7.Rammstein’ın musiqisi 5%
8.5ci Simfoniya (Beethoven)  4%
9.Toccata və Fugue D minor`da (Bach)  3%
10.Nibelung üzüyü (Wagner)  3%

Image

Almaniyada ən önəmli tikili hansıdır?

1.Brandenburg Qapısı 17%
2.Köln Kilsəsi  16%
3.Reichstag(Rayhştag) tikilisi 15%
4.Neuschwanstein(Noyşvanştayn) Qalası 11%
5.Berlin Divarları 9%
6.Berlin Televiziya Qülləsi  7%
7.Bauhaus (Dessau`da)  4%
8.Dresden Qadın Kilsəsi  4%
9.Zwinger (Dresden)  3%
10.Berlin Yəhudi Kilsəsi  2%

Image

Ən önəmli alman kəşfi hansıdır?

1.Yazı Maşını (Johannes Gutenberg)  18%
2.Rentgen(X-ray) (Wilhelm Conrad Röntgen)  13%
3.Avtomobil(Carl Benz)  13%
4.Aspirin (Eichengrün/Hoffmann)  10%
5.Nisbilik nəzəriyyəsi  (Albert Einstein)  9%
6.Diesel motor(Rudolf Diesel)  8%
7.Otto motor (Nicolaus August Otto)  7%
8.Komputer (Konrad Zuse)  5%
9.Volkswagen (Ferdinand Porsche)  2%
10.Tüberklyoz bacillus`un kəşfi( tuberculosis bacillus)  (Robert Koch)  2%

Image

Almaniya tarixində ən önəmli hadisə hansıdır?

1. 1989`da Berlin Divarlarının yıxılması  19%
2. II Dunya Müharibəsi  18%
3.Luther’i  Protestant islahatı12%
4. I Dünya Müharibəsi  10%
5.Avropa Yəhudilərinin kütləvi qətli  7%
6.1961`də Berlin Divarlarının tikilməsi  6%
7.1990`da Almaniyanın birləşməsi  5%
8.1871`də Almaniya İmperiyasının yaradılması  5%
9.Nazizm və 3`cü Reich(Rayh)  4%
10.Avropa Birliyinin yaradılması  2%

Image

Ən önəmli Alman idmançısı kimdir?

1.Michael Schumacher(Şumaxer)  18%
2.Steffi Graf  15%
3.Franz Beckenbauer  13%
4.Boris Becker  13%
5.Katarina Witt  8%
6.Oliver Kahn  7%
7.Michael Ballack  5%
8.Dirk Nowitzki  3%
9.Sebastian Vettel  2%
10.Bastian Schweinsteiger(Şvanştayger)  2%

Image

Almaniya haqqında nəyi bəyənmirsiniz?

1. Alman mətbəxini  11%
2.Hər şeyi bəyənirəm  9%
3. Hava 8%
4.Soyuqqanlılıq  7%
5.Lovğaıəq7%
6.Sağ ekstremizmi, neo-Nazi`lər  6%
7.Nazi erası  6%
8.Ksenofobiya(Başqa milləti bəyənməmə)  5%
9.Təbiilik və elastikliyin(zaman barədə) əksikliyi  5%
10.Xırdaçılıq 5%

Image

Almaniya haqqında nəyi bəyənirsiniz?

1.Alman mədəniyyəti  14%
2.Səmimi insanlar 11%
3.Alman dili  10%
4.Təbiət, kənd %
5.Sistematiklik9%
6.Təçkilatçılıq  5%
7.(Mədəni) fərqlilik 4%
8.Berlin  3%
9.Arxitektura3%
10.Ətraf mühitə həssaslıq  2%
Image
Bu da Almaniya haqqında fikirlər. Bəs siz necə düşünürsünüz?

Höte İnstitunun məqaləsindən tərcümə edilmişdir (c)

Şüuraltı hadisələr və təlimatlandırma

İki söz yazacam və bu təcrübədə siz Sistem 1`in(İntuisiyanın) necə maraqlı olduğunu görəcəksiniz.

Banan                                                              Ürəkbulanması

Son saniyələrdə sizə çox şey oldu. Siz bəzi xoşagəlməz fikirlər gətirdiniz ağlınıza, nəsə biraz iyrəndiniz, sifət mimikalarınız dəyişdi. Yəni demək istəyirəm ki, bununla siz əslində realda da eyni reaksiyanı verəcəyiniz bir hadisəyə özünüz belə istəmədən, avtomatik reaksiya verdiniz. Bax bunu beynimizdəki Sistem 1 edir.

Sözləri görmək nəticəsində düzələn bu düşüncələrin yaranma prosesinə `Assosiativ aktivləşmə` deyilir- Ortaya çıxan idealar digər başqa ideaları da prosesə dəvət edir beyninizdə şaquli şəkildə yayılaraq. Bu mürəkkəb zehni əməllər qurğusunun əsas xassəsi əlaqələndirmədir. Hər element bir-biri ilə əlaqədardır , bir-birini dəstəkləyir və bir-birini gücləndirir. Söz yaddaşı oyadır, yaddaş hissləri, hisslər isə üz mimikalarını və əsəbləşmə, iyrənmə, uzaq durma kimi reaksiyaları oyadır.

Image

Alimlər uzun araşdırmalardan sonra belə bir nəticəni bildirirlər ki, əslində idrak fizikiləşmişdir; siz yanlız beyninizlə deyil, həm də bədəninizlə düşünürsünüz.

Psixoloqlar ideaları bir-biri ilə əlaqədə olan və böyük bir şəbəkədə yerləşən xırda nöqtələr olaraq tanımlayıblar. Əslində 3 cür əlaqə var idealar arasında: 1)səbəb və təsir əlaqəsi(xəstəlik=>qusma), 2) xüsusluq əlaqəsi(limon=>yaşıl), 3) kateqorik əlaqə(banan=>meyvə). Və biz hərhansı bir ideya fikirləşdikdə, şüuraltında başqa bir çox daha ideanı aktivləşdiririk və bunlar bizim istəyimizdən asılı olmadan baş verir.

Image
Gələk daha maraqlı bir məsələyə. Deməli, `Dəniz` sözünü eşidəndən sonra bu `Qa_ıq`  sözünün nə olduğunu dərhal bilərsiniz.(Qayıq), ancaq `yemək` sözünü eşitsəniz dərhal ağlınıza bu söz `Qaşıq` olaraq gələcək. Bu `Təlimatlandırma` effekti adlanır. Dəniz sözü qayıq`ı, yemək sözü isə qaşıq`ı təlimatlandırdı beyninizdə. Təlimatlandırma konspetlər və sözlərlə hüdudlu deyil, yəni sizin hərəkətlətiniz və hissləriniz sizin agahında belə olmadığınız hadisələr tərəfindən təlimatlandırıla bilər. Nə isə maraqlı bir şey görəndə fikrinizin ona yönəlməyi, hansısa bir hadisəyə gülməyimiz təlimatlandırma effektinin nəticəsidir.

Son olaraq bir fakt deyim. Bir çox ölkələrdə, əsasən də diktatura ilə idarə olunan ölkələrdə, liderlərin şəkillərinin hər yerdən asılması boşuna deyil. Biz kimsə tərəfindən baxıldığımız zaman hərəkətlərimizə diqqət edirik, və anlıq həkətlərdən uzaq dururuq çox vaxt. Bu bizim yaddaşımızda artıq belə həkk olunub, və bu şəkilləri gördüyümüz zaman da əslində əvvəlki hadisələrdən təsirlənərək hərəkətlərimizi tənzimləyirik. `Böyük Qardaş Sizə Baxır` deyimindəki bu baxış əslində zehni bir prosesdir.

Növbəti yazılarda digər məsələlərə açıqlıq gətirəcəm 🙂

Izləməyi unutmayın…

Zehni əməllər və fiziki təsir

Keçən yazı`da bəhs etdiyim beynimizdəki 2 düşüncə sistemi haqda qısa məlumat vermişdim, və `Sürətli düşüncə və ya intuitiv düşüncə`yə Sistem 1 adı, `Asta düşüncə vəya gərgin düşüncə`yə Sistem 2 adı vermişdim.

Bu yazıda isə ortaya qoyacağım önəmli elmi faktlar, təcrübələr və s. bizim diqqətimizin, düşüncəmizin, hisslərimizin qərarlarımıza, mühakimələrimizə, hərəkətlərimizə necə təsir etdiyini göstərəcək.

Sistem 2`nin əməliyyatları zəhmətcildir, və əsas xarakterlərindən biri də tənbəllikdir, yəni lazım olduğu anda daha artıq iş görməyə qarşı istəksizdir. Buna görə də əslində Sistem 2`nin idarə etdiyini sandığı fikirlər və hərəkətlərin əsl mərkəzi əslində Sistem 1`dir, yəni intuisiyadır. Buna baxmayaraq elə tapşırıqlar vardır ki onları yalnızca Sistem 2 edə bilər çünki bunun üçün daha çox zəhmət və özünü-idarəetmə qabiliyyəti lazımdır, hansı ki Sistem 1 də yoxdur bu.

Əgər siz fikirləşərkən bədənivizin nə etdiyini bilmək istəyirsinizsə belə bir sadə təcrübə edin: işıqlı bir məkanda kameranı öz gözünüzün giləsinə yaxın tutun(tam görsənsin), və sonra videorekord zamanı beyninizdə 4 rəqəmli bir ədədin(5386) hər rəqəminin üzərinə 1 vəya 3 gəlin beyninizdə(6497 vəya 8619), bunu 3-4 dəfə təkrar edin. Daha sonra çəkdiyiniz video`ya baxın və beyninizi riyaziyyatla yorduğunuz zaman göz bəbəyinizin genişləndiyini(pupil dilation) tam şəkildə görə bilərsiniz.

Göz bəbəkləri zehni əməyin göstəriciləridirlər- onlar 2rəqəmli ədədləri bir-birinə vurma əməlini beyninizdə apardığınız zaman genişlənirlər, və bu genişlənmə tapşırıq daha çətin olduqda daha böyük olur. Zehni işləmlərdə(riyazi əməllər) göz bəbəyi böyüyür, və bu proses davam etdiyi müddətcə elə qalır. Nə zaman ki cavab tapılır vəya vazkeçilir, bəbəklər öz ölçüsünə geri dönür.

Evimizdə nə qədər elektrik işlətdiyimizi göstərən elektrometr kimi də göz bəbəkləri bizim zehnimizdəki sərf olunan gücü ölçür. Siz elektriki lazım olan şeylər üçün istifadə edirsiniz, və normal insanlar lazım olan qədər elektrik işlədir. Enerjini ya otaqı işıqlandırmaqçün ya da stol lampasını işıqlandırmaqçün istifadə edirsiniz, lakin stol lampası otaq lampası qədər enerji sərf etmir… Eynilə biz də zehnimizdə nə etmək istədiyimizi seçirik, lakin bizim bunu istifadə etməkdə müəyyən limitimiz var. Lakin Sistem 2 və elektrik cərəyanının həddən artıq yüklənməyə qarşı reaksiyaları fərqlidir.  Elektrik cərəyanı yüklənməyə dayana bilməyəndə enerjini itirir və bütün cihazlar sönür, lakin Sistem 2`nin yüklənməyə qarşı dəqiq və maraqlı bir strukturası var- Sistem 2 ən önəmli fəaliyyəti qoruyur, yəni bu işə lazım olan diqqəti özündə saxlıyır, və qalan ` ehtiyat həcm` isə fərqli əməliyyatlara saniyəbəsaniyə paylanılır. Bizim `Görünməz Qorilla`(təcrübəni etməmisinizsə gerisini oxumamış edin) versiyamızda iştirakçılara sayma tapşırığı verilmişdir. Zamanın bu əməliyyata təsiri olmadığınan bütün diqqət saymaya verilmişdir, və ortadan keçən Qorilla gözə dəyməmişdir. Lakin tapşırıq biraz daha asan olsaydı, Qorillanın görülmə şansı daha çox olardı.

Sizə verilən işdə nə qədər bacarıqlı olsanız, bunun üçün sizə daha az enerji lazım olacaq. Tədqiqatlar göstərmişdir ki, qabiliyyət inkişaf etdikcə tapşırıq üçün lazım olan assosiativ fəaliyyət dəyişir, və daha az beyin əraziləri daxil edilir. Talant da eyni xassəyə sahibdir. Yüksək intellektə malik insanlar bir işi daha asan həll edirlər və bu göz bəbəyinə, zehni fəaliyyətə də öz təsirini göstərir. Ümumi `ən az zəhmət qanunu` həm dərketmə həm də fiziki əməldə özünü göstərir. Qanunda deyilir ki əgər məqsədə çatmağın bir çox yolu varsa, insanlar ona ən az zəhmət tələb edən yolnan getməyə çalışacaqlar. İqtisadi terminlərlə desək zəhmət xərcdir, və biz gəliri artırmaqçün xərci(zəhməti) azaltmağa çalışırıq. Yəni bir sözlə tənbəllik bizim təbiətimizin çox dərinliyindədir.  Buna ən asan misal başqasının telefon nömrəsini yüksək səslə dediyimiz zamankı qətiyyətsizliyimizi göstərə bilərik, çünki həmin 7 rəqəmi yadımızda saxlayarkən həm də onu söz halında başqasına çatdırmalıyıq, vəya həyat yoldaşınızın(yada sevgilinizin) ad gününü sizdən soruşandakı vəziyyətiniz hamısı zehni hesablamaların verdiyi rahatsızlıqdır 🙂

Zehni zəhmət fərqli fəaliyyətlər üçün gərəkli əlaqədər ideaları eyni anda yada salmaq, onları ayıra bilmək vəya birləşdirmək üçün lazımdır. Bunu yalnızca Sistem 2 edə bilər. Sistem 1 sadəcə sadə əlaqələri tanıya bilir(mis. `onlar hamısı eynidir`, `oğul atadan hündürdür`), ancaq statistik əməliyyatları edə bilmir.

Sistem 2`nin başqa bacarıqlarından biri də yaddaşı tamamilə yeni bir əməliyyatı etməyə proqramlaşdıra bilməsidir. Misalçün, sizə deyə bilərəm ki bu yazıdakı `f` hərflərinin nə qədər olduğunu hesablayın. Bunu ilk dəfədi eşidirsiniz, ama məncə edə bilərsiniz. Halbuki bu tapşırıqdan daha çətininə dərhal keçiş zamanı isə sizə daha çox enerji lazım olacaq. Misalçün, bütün `f`lərin sayını tapdıqdan sonra desəm ki, indi də bütün vergüllərin sayını tapın, o zaman işlər biraz çətinləşəcək və səhv etmə şansınız daha çox olacaq. Nəzərə alaq ki, zamanın təzyiqi də sərf etdiyimiz enerjiyə təsir edir.

O zamana kimi ətraf mühitdəki situasiya normaldır, sizə nəzarət etməkçün daha az əziyyət lazımdır. Maşın sürərkən, xırda qərarlar ala bilərsiniz, vəya qəzet oxuyarkən eyni anda bəzi informasiyaları uzun-müddətli yaddaşınıza yaza bilərsiniz, lakin ekstrem vəziyyətlərdə Sistem 2`nin resursları hüdudlanır. Buna misal olaraq dostunuzla yolda gedərkən bir anda ona tez bir zamanda 27×34`ün cavabını deməsini istəyin. Müşahidə edəcəksiniz ki, fikirləşməyə başladığı an dostunuz hərəkətlərini dayandıracaq müəyyən period ərzində.

Özünü-idarəetmə və idraksal cəhd ikisi də zehni işin formalarıdır.

Sizə desələr ki, ağlınızda 7 rəqəmli bir ədəd tutun, və müəyyən periodda bu sizin prioritet işiniz olmalıdır. Bu zaman ərzində sizə 2 cür tort- `günahkar şokolad tortu` və `meyvə tortu` təklif olunsa siz daha cazibədar, şirnikləndirici olan şokolad tortunu seçəcəksiniz beyninizdə 7 rəqəmli ədəd tutduğunuzda. Sistem 1`in Sistem 2 məşğulkən bizim davranışımıza təsiri daha böyükdür, və zövqlu dadı var 🙂

Bəzənsə insanlar zehni məşğul olduqları zaman axmaq seçimlər edə bilər vəya qeyri-adi mühakimələr edə bilərlər. Bu içkili və ya yuxusuz adamlarda da belədir. Nəticə olaraq deyə bilərik ki fikirləri və davranışı idarə edə bilmək diqqət və zəhmət tələb edir.

Zehni yorğunluq

Çox önəmli və maraqlı kəşflərdən biri isə budur: əslində zehni enerji sadəcə bir metafordan daha artıqdır. Sinir sistemi bədəndəki digər hər şeydən daha çox glükoza tələb edir, və zehni iş etmək çox bahalıdır, yəni daha çox glükoza tələb edir(çox benzin yandıran maşınlar kimi). Siz zehni əməliyyat apararkən qanınızdakı qlükozanın miqdarı aşağı düşür, və bu halsızlıq yaradır. Əslində məktəb vaxtı, universitet vaxtı, iş vaxtı bir az riyazi problemləri həll edərkən tez yorulur(d)uq, səbəbi isə artıq aydındır. Bunun qarşısını almaq üçünsə qandakı qlükozanın miqdarını artırmalıyıq. Bunu limonad vəya şirinçay kimi şəkər tərkibli içkilər içərək edə bilərik.

Sistem 2`nin əsas funksiyalarından biri də Sistem 1 tərəfindən `təklif olunan` fikir və hərəkətləri idarə və nəzarət etməkdir.

Sizə belə sadə bir məsələ verim. Kağızda falan həll etməyin, 5-6 saniyə ərzində intuisiyanızı duyub həll edin:

Top və Kola birlikte 1,10 AZN`dir.
Kola Topdan 1 AZN bahadırsa,
Top neçəyədir?

Dərhal bir rəqəm gəldi ağlınıza. Təbii ki cavab 10`dur, 10 qəpik. Bu misalda çox sadə bir yanlış düşünməməkdən, intuisiyanı dinləməkdən irəli gəlir. Riyazi əməllərlə yoxlayın özünüz görəcəksiniz.(Cavabı tapsanız şərh olaraq yazın). Əslində problem ordadır ki, çox adam özünə görə cavab tapdıqdan sonra heç geri dönüb yoxlamır ki(əziyyət çəkmək istəmir Sistem 2), düzdür yoxsa yox?. Tənbəllik əsas səbəbdir yenə də.

Başqa bir sual: İndi məntiqi bir ardıcıllıq göstərəcəm- 2 şərt və 1 nəticə. Cavab verin, nəticə şərhləri izləyirmi?

Bütün qızılgüllər bitkidir.
Bəzi bitkilər tez solur.
Buna görə də bəzi qızılgüllər tez solur.

Cavab təbii ki `DOĞRUDUR` olmalıdır, lakin elə deyil, və beynimizdəki Sistem 1(intuisiya) məntiqi bir ideya verdiyindən ona qarşı çıxmaqda biraz çətinlik çəkirik. Deməli, Sistem 1 daxil olursa məsələyə birinci nəticə gəlir, sonra arqument deyilir.
Zəka yalnızca fikirləşmə bacarığı deyil; həmçinin yaddaşda lazım olan informasiyanı tapma və diqqəti yönləndirmə bacarığına da sahibdir. Yaddaş funksiyası Sistem 1`in xüsusiyətlərindəndir.  Sistem 1 `qeyri-iradi və intuitiv`dir, Sistem 2 isə `fikirləşmə və diqqətli olma` kimi bacarıqlara sahibdir.

Gələcək yazılarımda əvvəlcədən yaddaşımızda olan vizualizasiyaların bizi necə yönlədnirdiyi haqda, və s. yazacam.

İndi isə biraz istirahət edək və musiqidən həzz alaq.

Sürətli və asta düşünmə

Bu kitabı oxumağa yeni başladım. Yazarı isə psixoloq Daniel Kahnemandır. Kitabda bizim  qərar-vermə və mühakimə etmə bacarığımız haqda və əsasən beynimizin bizə verdiyi düşüncənin 2 sistemdə tətbiq edildiyi görülür. Sistem 1(Sürətli düşünmə) və Sistem 2(Asta düşünmə) olaraq ayrılan bu sistemlərin bizim qavrayışımıza, qərarımıza, mühakiməmizə təsirini mən də oxuduqca blogda yazacam.

Image

Deməli Sistem 1 bizim passiv olaraq və qısa zamanda qavradığımıza və anladığımıza yardım edən sistemdir. Sistem 2 isə biraz güc, zaman və diqqət istəyir. Bunlar haqda daha ətraflı davam edəcəm.

Deməli dəqiq intuisiyanın psixologiyasında heç bir möcüzəvi bir şey yoxdur. Bunu neçə illər şahmat masterliyi edən Hernert Simon tam olaraq belə ifadə edib: Situasiya bir işarə göstərir; bu işarə isə ekspertə yaddaşına həkk olan bir informasiyaya giriş verir, və informasiya cavabı təmin edir. İntuisiya tanıma, təsdiq etmə`dən başqa heç nə deyil. Bu 2 yaşlı uşağın qarşısındakı heyvanı tanıyaraq `it` deməsi kimi bir şeydir. Ekspert intuisiyası da buna oxşayır. Keçərli intuisiyalar ekspertin yeni situasiyalarda tanış elementləri tanıması və buna uyğun hərəkət etməsi zamanı inkişaf edir.

Bəzən isə mütəxəssislərin intuisiyaları heç də düzgün elementlər üzərində qurulmur. Misalçün Daniel bəy bir neçə il öncə bir sərmayədarla görüşdə öyrənib ki həmin şəxs Ford Motor Şirkətinə  on milyonlarla dollar vəsait qoyaraq səhmdar olub. Bunun səbəbini soruşduqda isə o yaxın zamanda onun avtomobil sərgisinə getdiyini və heyran qaldığını deyərək belə ifadə etmişdir: `Bəy, onlar bilirsən necə maşınlar düzəldirlər?`… O burda hər bir iqtisadiyyatçının nəzərə almalı olduğu element-Ford səhmlərinin dəyəri aşağıdırmı yoxsa yuxarımı?- əvəzinə öz intuisiyası ilə hərəkət edib.

Yuxarıdakı əhvalatdan belə nəticəyə gəlmək olar ki, hisslər və emosiyalar bizim intuitiv mühakimələrimizə və seçimlərimizə böyük təsir göstərir.  Başqa bir nəticə isə odur ki, biz ortada çətin sual olduğu zaman(Mən Ford`a investisiya qoymalıyammı?) bu sual əvəzinə daha rahatına(Ford maşınları xoşuma gəlirmi) cavab verməyə meyilliyik.

Image

Bu şəkildəki uşağın sifətinə baxılan zaman dərhal deyə bilərik ki, o hirslidir. Bundan sonra onun əlində olan bir şeyi ətrafa atacağı vəya ağlayacağı düşüncəsi də birbaşa ağlımızda yer tutur. Bu sürətli düşünməyə bir misal idi.

Bir də 17×24=X sualının cavabını tapın. Bu sualın cavabını tapmaq üçün biz bilirik ki vurma qaydasından istifadə etməliyik, lakin bunu bilsək belə cavabı tapmağımız o qədər də asan deyil. Bu suala cavab taparkən də biz Sistem 2(Asta düşünmə)dən istifadə edirik. Proses zehni işdir: Düşündürücü, zəhmətli və qayda-qanuna uyğun olmalıdır- Asta düşünmənin prototipidir. Hesablama yalnızca sizin beyninizdəki hadisə deyil, həmçinin bədəniniz də buna daxildir. Hesablama apararkən sizin əzələləriniz gərilir, təzyiqiniz artır və ürək döyüntünüz sürətlənir. Yanınızda kimsə olsa proses boyu göz bəbəyinizin genişləndiyini və bitdikdən sonra normala döndüyünü müşahidə edə bilər.

Hər iki sistem üçün ən asaslı ünsürlərdən biri diqqətdir: Siz nə qədər yaxşı maşın sürə bilsəniz də sıx trafikdə sola dönüş edərkən 17×24 hesablamasını apara bilməzsiniz, aparmamalısınız da. Bir tapşırıq üzərində kəskin diqqət insanı digər hər şeydən kor edir, hətta normal vəziyyətdə diqqət çəkən şeylərdən də. Ona görə də maşın sürərkən diqqətimizi yola verməliyik(bununla qəzaların səbəbləri də aydındır artıq).

Yuxarıdakı videonu izlədikdən sonra sizə maraqlı gəldiyinə əminəm. Gorilla təcrübəsi göstərir ki təəccübedici amilin təyin olunması üçün biraz diqqət lazımdır. Bu təəccüb sonra aktivləşir və sizin diqqətinizi cəmləşdirir: Siz baxacaqsınız və bu hadisənin ağlabatan bir hekayəini yaddaşınızda axtaracaqsınız. Xülasə, sizin etdiyiniz və düşündüyünüz şeylərin çoxu Sistem 1dən qaynaqlanır, lakin Sistem 2 işlər çətinləşdiyi zaman ortaya çıxır və çox vaxt son sözü deyir.

Sistem 1`in sərhədlərindən biri odur ki bu söndürülə bilmir. Siz öz dilinizdə sizə tanış bir sözü görsəniz onu oxuyacaqsınız, o zamana qədər ki diqqətiniz tamam başqa yerə getməsin. Bu da təcrübələrə dayanaraq məlum olub.(təcrübəni öyrənmək istəyənlər şərhdə yazsınlar)

Bəs mən niyə bu sistemlərə Sistem1 və Sistem2 adını verdim `avtomatik sistem` və `zəhmətcil(vəya zəhmət tələb edən) sistem` əvəzinə? Çünki Sistem1 demək `Avtomatik Sistem` deməkdən daha az yer tutur işləyən yaddaşda. Bu çox önəmlidir, çünki sizin işləyən yaddaşınızı tutan hər şey düşünmə bacarığınızı azaldır. Bu komputeri bilənlər üçün daha asan olar anlamaq üçün(Proqramların CPU`da tutduğu yer və sistemin yavaşlaması).

Davamını özüm də kitabı oxuduqca yazacam. Ümid edirəm maraqlıdır…

Mənbə: Düşünmək, Sürətli və Asta (Daniel Kahneman)

Səssiz party

Dərslərin bitməsinin üstündən 1 ay vaxt keçib artıq. İndi oturub fikirləşirəm ki, dərs vaxtı deyinə-deyinə keçirdiyim günlər hara, indi səhərdən axşama kimi boş-boş oturduğum günlər. Əslində problem dərsin olub-olmamağında deyil. Mən yaşamağı bacarmıram. Boş vaxtımı dəyərləndirə bilmək kimi bacarığım yoxdur, enerjimi nəyə xərciləyəcəyimi bilmirəm. Uşaq vaxtı elə cocuğluğumdan yararlanıb ağlıma gələn bütün dəli hərəkətləri edirdim, özümü sakitləşdirirdim. İndi böyüməyin verdiyi dınaqarası məsuliyyət, diqqətcillik mənim üçün dəmir-barmaqlıqlara oxşuyur. Hərdən fikirləşirəm ki,… əşşi heçnə ee…

Bakıda olanda deyirdim ki, `ay daa xaricə gedim oxumağa, hər şey çox gözəl olacaq. Heç kim qarışmıyacaq mənə, ətrafımda mənə əmr verən kimsə olmuyacaq, hər istədiyimi edə biləcəm.` Almanyaya gəldiyim 9 aydır artıq, və hələ ki etdiyim heçnə yoxdur fərqli. Avropa həyat tərzi ya mənə görə deyil, ya da mən avropa həyat tərzinə görə deyiləm. Aradakı incə fərqlilik isə mənim kim olmağımdadır.

Oxuduğum kitablar belə artıq məni əyləndirməkdən çox düşündürüb başımı ağradır. Ama neynəmək olar, başqa eliyəcək heçnə yoxdur.  Bu blog da ki elə-belə yazdığım bir axmaqlıq məhsuludur.

Yazmağa davam edəcəm…

%d bloggers like this: