Zehni əməllər və fiziki təsir

by Heydarov

Keçən yazı`da bəhs etdiyim beynimizdəki 2 düşüncə sistemi haqda qısa məlumat vermişdim, və `Sürətli düşüncə və ya intuitiv düşüncə`yə Sistem 1 adı, `Asta düşüncə vəya gərgin düşüncə`yə Sistem 2 adı vermişdim.

Bu yazıda isə ortaya qoyacağım önəmli elmi faktlar, təcrübələr və s. bizim diqqətimizin, düşüncəmizin, hisslərimizin qərarlarımıza, mühakimələrimizə, hərəkətlərimizə necə təsir etdiyini göstərəcək.

Sistem 2`nin əməliyyatları zəhmətcildir, və əsas xarakterlərindən biri də tənbəllikdir, yəni lazım olduğu anda daha artıq iş görməyə qarşı istəksizdir. Buna görə də əslində Sistem 2`nin idarə etdiyini sandığı fikirlər və hərəkətlərin əsl mərkəzi əslində Sistem 1`dir, yəni intuisiyadır. Buna baxmayaraq elə tapşırıqlar vardır ki onları yalnızca Sistem 2 edə bilər çünki bunun üçün daha çox zəhmət və özünü-idarəetmə qabiliyyəti lazımdır, hansı ki Sistem 1 də yoxdur bu.

Əgər siz fikirləşərkən bədənivizin nə etdiyini bilmək istəyirsinizsə belə bir sadə təcrübə edin: işıqlı bir məkanda kameranı öz gözünüzün giləsinə yaxın tutun(tam görsənsin), və sonra videorekord zamanı beyninizdə 4 rəqəmli bir ədədin(5386) hər rəqəminin üzərinə 1 vəya 3 gəlin beyninizdə(6497 vəya 8619), bunu 3-4 dəfə təkrar edin. Daha sonra çəkdiyiniz video`ya baxın və beyninizi riyaziyyatla yorduğunuz zaman göz bəbəyinizin genişləndiyini(pupil dilation) tam şəkildə görə bilərsiniz.

Göz bəbəkləri zehni əməyin göstəriciləridirlər- onlar 2rəqəmli ədədləri bir-birinə vurma əməlini beyninizdə apardığınız zaman genişlənirlər, və bu genişlənmə tapşırıq daha çətin olduqda daha böyük olur. Zehni işləmlərdə(riyazi əməllər) göz bəbəyi böyüyür, və bu proses davam etdiyi müddətcə elə qalır. Nə zaman ki cavab tapılır vəya vazkeçilir, bəbəklər öz ölçüsünə geri dönür.

Evimizdə nə qədər elektrik işlətdiyimizi göstərən elektrometr kimi də göz bəbəkləri bizim zehnimizdəki sərf olunan gücü ölçür. Siz elektriki lazım olan şeylər üçün istifadə edirsiniz, və normal insanlar lazım olan qədər elektrik işlədir. Enerjini ya otaqı işıqlandırmaqçün ya da stol lampasını işıqlandırmaqçün istifadə edirsiniz, lakin stol lampası otaq lampası qədər enerji sərf etmir… Eynilə biz də zehnimizdə nə etmək istədiyimizi seçirik, lakin bizim bunu istifadə etməkdə müəyyən limitimiz var. Lakin Sistem 2 və elektrik cərəyanının həddən artıq yüklənməyə qarşı reaksiyaları fərqlidir.  Elektrik cərəyanı yüklənməyə dayana bilməyəndə enerjini itirir və bütün cihazlar sönür, lakin Sistem 2`nin yüklənməyə qarşı dəqiq və maraqlı bir strukturası var- Sistem 2 ən önəmli fəaliyyəti qoruyur, yəni bu işə lazım olan diqqəti özündə saxlıyır, və qalan ` ehtiyat həcm` isə fərqli əməliyyatlara saniyəbəsaniyə paylanılır. Bizim `Görünməz Qorilla`(təcrübəni etməmisinizsə gerisini oxumamış edin) versiyamızda iştirakçılara sayma tapşırığı verilmişdir. Zamanın bu əməliyyata təsiri olmadığınan bütün diqqət saymaya verilmişdir, və ortadan keçən Qorilla gözə dəyməmişdir. Lakin tapşırıq biraz daha asan olsaydı, Qorillanın görülmə şansı daha çox olardı.

Sizə verilən işdə nə qədər bacarıqlı olsanız, bunun üçün sizə daha az enerji lazım olacaq. Tədqiqatlar göstərmişdir ki, qabiliyyət inkişaf etdikcə tapşırıq üçün lazım olan assosiativ fəaliyyət dəyişir, və daha az beyin əraziləri daxil edilir. Talant da eyni xassəyə sahibdir. Yüksək intellektə malik insanlar bir işi daha asan həll edirlər və bu göz bəbəyinə, zehni fəaliyyətə də öz təsirini göstərir. Ümumi `ən az zəhmət qanunu` həm dərketmə həm də fiziki əməldə özünü göstərir. Qanunda deyilir ki əgər məqsədə çatmağın bir çox yolu varsa, insanlar ona ən az zəhmət tələb edən yolnan getməyə çalışacaqlar. İqtisadi terminlərlə desək zəhmət xərcdir, və biz gəliri artırmaqçün xərci(zəhməti) azaltmağa çalışırıq. Yəni bir sözlə tənbəllik bizim təbiətimizin çox dərinliyindədir.  Buna ən asan misal başqasının telefon nömrəsini yüksək səslə dediyimiz zamankı qətiyyətsizliyimizi göstərə bilərik, çünki həmin 7 rəqəmi yadımızda saxlayarkən həm də onu söz halında başqasına çatdırmalıyıq, vəya həyat yoldaşınızın(yada sevgilinizin) ad gününü sizdən soruşandakı vəziyyətiniz hamısı zehni hesablamaların verdiyi rahatsızlıqdır 🙂

Zehni zəhmət fərqli fəaliyyətlər üçün gərəkli əlaqədər ideaları eyni anda yada salmaq, onları ayıra bilmək vəya birləşdirmək üçün lazımdır. Bunu yalnızca Sistem 2 edə bilər. Sistem 1 sadəcə sadə əlaqələri tanıya bilir(mis. `onlar hamısı eynidir`, `oğul atadan hündürdür`), ancaq statistik əməliyyatları edə bilmir.

Sistem 2`nin başqa bacarıqlarından biri də yaddaşı tamamilə yeni bir əməliyyatı etməyə proqramlaşdıra bilməsidir. Misalçün, sizə deyə bilərəm ki bu yazıdakı `f` hərflərinin nə qədər olduğunu hesablayın. Bunu ilk dəfədi eşidirsiniz, ama məncə edə bilərsiniz. Halbuki bu tapşırıqdan daha çətininə dərhal keçiş zamanı isə sizə daha çox enerji lazım olacaq. Misalçün, bütün `f`lərin sayını tapdıqdan sonra desəm ki, indi də bütün vergüllərin sayını tapın, o zaman işlər biraz çətinləşəcək və səhv etmə şansınız daha çox olacaq. Nəzərə alaq ki, zamanın təzyiqi də sərf etdiyimiz enerjiyə təsir edir.

O zamana kimi ətraf mühitdəki situasiya normaldır, sizə nəzarət etməkçün daha az əziyyət lazımdır. Maşın sürərkən, xırda qərarlar ala bilərsiniz, vəya qəzet oxuyarkən eyni anda bəzi informasiyaları uzun-müddətli yaddaşınıza yaza bilərsiniz, lakin ekstrem vəziyyətlərdə Sistem 2`nin resursları hüdudlanır. Buna misal olaraq dostunuzla yolda gedərkən bir anda ona tez bir zamanda 27×34`ün cavabını deməsini istəyin. Müşahidə edəcəksiniz ki, fikirləşməyə başladığı an dostunuz hərəkətlərini dayandıracaq müəyyən period ərzində.

Özünü-idarəetmə və idraksal cəhd ikisi də zehni işin formalarıdır.

Sizə desələr ki, ağlınızda 7 rəqəmli bir ədəd tutun, və müəyyən periodda bu sizin prioritet işiniz olmalıdır. Bu zaman ərzində sizə 2 cür tort- `günahkar şokolad tortu` və `meyvə tortu` təklif olunsa siz daha cazibədar, şirnikləndirici olan şokolad tortunu seçəcəksiniz beyninizdə 7 rəqəmli ədəd tutduğunuzda. Sistem 1`in Sistem 2 məşğulkən bizim davranışımıza təsiri daha böyükdür, və zövqlu dadı var 🙂

Bəzənsə insanlar zehni məşğul olduqları zaman axmaq seçimlər edə bilər vəya qeyri-adi mühakimələr edə bilərlər. Bu içkili və ya yuxusuz adamlarda da belədir. Nəticə olaraq deyə bilərik ki fikirləri və davranışı idarə edə bilmək diqqət və zəhmət tələb edir.

Zehni yorğunluq

Çox önəmli və maraqlı kəşflərdən biri isə budur: əslində zehni enerji sadəcə bir metafordan daha artıqdır. Sinir sistemi bədəndəki digər hər şeydən daha çox glükoza tələb edir, və zehni iş etmək çox bahalıdır, yəni daha çox glükoza tələb edir(çox benzin yandıran maşınlar kimi). Siz zehni əməliyyat apararkən qanınızdakı qlükozanın miqdarı aşağı düşür, və bu halsızlıq yaradır. Əslində məktəb vaxtı, universitet vaxtı, iş vaxtı bir az riyazi problemləri həll edərkən tez yorulur(d)uq, səbəbi isə artıq aydındır. Bunun qarşısını almaq üçünsə qandakı qlükozanın miqdarını artırmalıyıq. Bunu limonad vəya şirinçay kimi şəkər tərkibli içkilər içərək edə bilərik.

Sistem 2`nin əsas funksiyalarından biri də Sistem 1 tərəfindən `təklif olunan` fikir və hərəkətləri idarə və nəzarət etməkdir.

Sizə belə sadə bir məsələ verim. Kağızda falan həll etməyin, 5-6 saniyə ərzində intuisiyanızı duyub həll edin:

Top və Kola birlikte 1,10 AZN`dir.
Kola Topdan 1 AZN bahadırsa,
Top neçəyədir?

Dərhal bir rəqəm gəldi ağlınıza. Təbii ki cavab 10`dur, 10 qəpik. Bu misalda çox sadə bir yanlış düşünməməkdən, intuisiyanı dinləməkdən irəli gəlir. Riyazi əməllərlə yoxlayın özünüz görəcəksiniz.(Cavabı tapsanız şərh olaraq yazın). Əslində problem ordadır ki, çox adam özünə görə cavab tapdıqdan sonra heç geri dönüb yoxlamır ki(əziyyət çəkmək istəmir Sistem 2), düzdür yoxsa yox?. Tənbəllik əsas səbəbdir yenə də.

Başqa bir sual: İndi məntiqi bir ardıcıllıq göstərəcəm- 2 şərt və 1 nəticə. Cavab verin, nəticə şərhləri izləyirmi?

Bütün qızılgüllər bitkidir.
Bəzi bitkilər tez solur.
Buna görə də bəzi qızılgüllər tez solur.

Cavab təbii ki `DOĞRUDUR` olmalıdır, lakin elə deyil, və beynimizdəki Sistem 1(intuisiya) məntiqi bir ideya verdiyindən ona qarşı çıxmaqda biraz çətinlik çəkirik. Deməli, Sistem 1 daxil olursa məsələyə birinci nəticə gəlir, sonra arqument deyilir.
Zəka yalnızca fikirləşmə bacarığı deyil; həmçinin yaddaşda lazım olan informasiyanı tapma və diqqəti yönləndirmə bacarığına da sahibdir. Yaddaş funksiyası Sistem 1`in xüsusiyətlərindəndir.  Sistem 1 `qeyri-iradi və intuitiv`dir, Sistem 2 isə `fikirləşmə və diqqətli olma` kimi bacarıqlara sahibdir.

Gələcək yazılarımda əvvəlcədən yaddaşımızda olan vizualizasiyaların bizi necə yönlədnirdiyi haqda, və s. yazacam.

İndi isə biraz istirahət edək və musiqidən həzz alaq.

Advertisements