Teyyubun Aynur`la münasibəti (qısa hekayə)

by Heydarov

İşə yeni başlamışdı. 2ci həftə idi ki Nərimanov metrosunda dayısının bir dostunun ayaggabı mağazasında satıcı işləyirdi. Çox maraqsız gəlirdi ona iş. Nə var axı bütün günü boş-boş oturursan, müştəri gəlir, ona ayaggabı bəyəndirməyə çalışırsan, çox vaxt da iki saat baxıb heçnə almamış gedirlər. Sən yenə də oturmağa davam edirsən. Hələ bir də 15 manatlıq ayaqqabının qiymətini aşağı saldırmaq istəyən müştərilərə başa sala bilmirsən ki, onsuz da burdan bizə çox pul qalmır. Metroya girib-çıxan insanlara baxmaqdan başqa əyləncən yoxdu. Teyyubun da vəziyyəti belə idi. Yorulmuşdu hər gün eyni şeyi eləməkdən. Yan mağazada işləyən Aynur da işə başlayandan tovlamağa çalışır onu. Artıq buna öyrəşdiyi üçün Teyyub da Aynur`la baxışmağa başladı. Biraz utancaq olmasına baxmayaraq nə etmək lazım olduğunu bilir. 

İş çox sıxıcı gəlirdi. Taxta sexindəki işindən sonra burda bütün günü oturmaq çətin idi. 1il taxta sexində işlədi Teyyub. İlk başda şəyird olaraq öyrənirdi işin detallarını, vaxt keçdikcə isə yavaş-yavaş ustalaşmağa başladı işində. Çox xoşlayırdı taxtadan nə isə hazırlamağı. Müştəri az olurdu. Zatən bir müştərinin işi ən aşağısı 2-3 gün çəkirdi. Müddət nə sifariş etdiyinə bağlı idi müştərinin- ya şkaf, ya stul, stol, ya qapı vəya bir çox başqa şeylər düzəltməyi bacarırdı artıq.

İşlədiyi sex Xalqlar Dostluğu metrosu yaxınlığında yerləşən bir restoranla üzbəüz 9 mərtəbəli binada idi. Özü də onsuz o ərazidə kirayə qalırdı. İşdən aldığı 400 manatın 250 manatı ilə kirayə pulunu ödəyirdi, qalanı ilə isə aylıq xərcini çıxardırdı. Hər ay 20 manat telefonunun kredit pulu idi, hələ 8 ay ödəməli idi krediti. Arada düzəltdiyi şey müştərinin xoşuna gələrdisə biraz əlavə pul verərdi. Həmin pulla isə bir restorana girib qəşəng doyuzdurardı özünü. Evdə də yeməyi çox vaxt olur. Anası kənddən hər şey göndərir hər həftə avtobusla. Aclıq çəkmirdi Teyyub, bir sözlə.

Teyyubun indi 20 yaşı var. 17 il Qubanın Nügədi kəndində yaşadı. Məktəbin 9cu sinifini bitirdikdən sonra isə Bakıda Humanitar kollecinə girdi, bəxtindən pulsuz fakültəyə düşdü. Dərsləri çox yaxşı idi. Bütün gücünü oxumağa qoymuşdu ki, bitirib diplomu ilə düzgün bir yerdə işləsin. Teyyubun bir qrup yoldaşı var idi- Fatimə. Qrupa ilk girəndən Fatimədən xoşu gəlirdi. Artıq 2 ay keçmişdi, amma hələ də bunu Fatiməyə deyə bilmirdi, çox utancaq idi. Bir gün bu qıza məktub yazmağa qərar verdi, etiraf edəcəydi sevgisini. Gecə 2 saat fikirləşib bir məktub hazırladı. Plan da qurmuşdu artıq- Fatimənin çantasına gizlicə qoyacaydı məktubu dərsdən çıxana yaxın. Səhərisi gün dərsə böyük bir həvəslə gəldi dəftərinin arasında məktubla. Dərs bitənə yaxın isə məktubu qızın çantasına qoydu. Və beləcə həmin axşam həyəcandan yata bilmədi səhərə kimi. O qədər həyəcanlı idi ki, səhər dərsə belə getməyə çəkinirdi. Amma yox, getməliydi, gedib Fatimənin nə cavab verəcəyini öyrənməliydi. Beləcə səhər ağ köynəyini cins şalvarıyla geyindi, biraz da köynəyin üstünə metrodan aldığı parfümdən sıxıb kollecə doğru yola düşdü. Metroda rahat dura bilmirdi, tez çatmaq istəyirdi. Sinif otağına çatanda qapının ağzında 3 nəfər oğlan dayanmışdı. Teyyub sinifə girmək istəyəndə oğlanlardan biri onun qolundan tutub `Ə cındır, gəl görüm mənnən` dedi və koridorun küncünə apardı. Digər 2 nəfər də onların arxasınca getdi. Küncdə oğlan cibindən məktubu çıxarıb `bunu sən yazmısan?` deyə soruşdu. Teyyub məktubu görüb şok oldu, danışa bilmədi. Oğlan `sən bilirsən nə böyüy qələt eləmisən? mənim sevgilimnən xoşun gəlir sənin? sənin ………` deyib birinci yumruğu gözünün altından ilişdirdi Teyyubun. Teyyub da qarşılıq verən kimi yumruq-təpik davası başladı, və qısa bir zamanda digər tələbələr, müəllimlər yığışdı həmin yerə. Müəllimlərdən biri gəlib uşaqların ikisini də ayırıb birbaşa direktorun otağına apardı. Sözün qısası, içəridə olan söhbətlə həmin oğlan da, Teyyub da kollecdən qovuldu. O vaxtdan sonra da Teyyub sex`də işləməyə başladı.

1 ay öncə maşınla taxta kəsərkən Teyyubun yadına həmin hadisə düşdü və fikir dağınıqlığıyla əlini mişarın altına saldı və mişar sağ əlinin 3 barmağını doğradı. Sexdə işləyən digər ustalar yaxınlıqdakı poliklinikaya çatdırdılar və Teyyubun əlinə tikiş qoyulub, sarğı bağlandı. Bununla sex`dəki işini dayandırmalı oldu Teyyub, çünki artıq iş görmək üçün yararlı deyildi əli.

Axşam saat 10`dur. Artıq metrodakı bütün dəzgahların bağlanma vaxtıdır. Teyyub da mağazanın qapısını bağlayıb evə getməyə hazırlaşırdı. Gedənə yaxın Aynur gəlib hara getdiyini soruşdu, və Xalqlar Dostluğuna getdiyini deyəndən sonra Aynurun da Əhmədli`də qaldığını öyrəndi. İşdən biryerdə çıxıb `Həzi Aslanov` istiqamətində olan qatara mindilər və bir yerdə evə getdilər…

Advertisements