Dəli Rəssam

by Heydarov

angel

İnsanlar hara itiblər? Gizləniblər harasa.

Mürəkkəb mənim yox, qələmin dediyini yazar.

Hansı fəsildir, bilmirəm, mənimçün mənası yoxdur

Sənsiz keçən hər günümdə heçnələr çoxdur.

Bir də ağrılar. Ruhum sənsizliyi xəbər verərəcəsinə sızlar.

Səni istəmək, İsrailin tam ortasında Təkbir deyib qışqırmaq
Səni istəmək, yetimxanadakı bir uşağa sarılıb ağlamaq

 Bir dalğa idin, gəldin, məndən bir parça aldın, getdin

Öpdüyüm hər dodaqda sən varsan, iyrənirəm bütün dodaqlardan

Bir nağıl kimi bir vardın, bir yoxdun, başladın, bitdin

Sənin ətrin gəlir uzaqlardan, evimdəki bütün otaqlardan.

Sevməyə məcbur bir bədbəxt kimiyəm, kor şair.

Düz deyirlər, sən saydığını say gör fələk nə sayır.

Mən saymadım sənsizliyi bu imtahanda, kəsildim.

Səninlə yaşadığım bütün günahlarımı sildim

Pakam indi, nə sən varsan nə də günahlarım.

Təmiz olsa da rəngsizdi, günəşsizdi sabahlarım

Rənglə həyatımı dəli rəssam

Advertisements