Bir Şairin təkliyi

by Heydarov

scream

Hansısa bulud yağış yağdıracaq və mən otağımda oturub hansısa mindfucker bir musiqi dinləyəcəm.
Günəşin nə vaxt doğub batdığıynan maraqlanmayacam. Necə ki nə sənin gəlişinlə maraqlandım, nə də gedişinlə. Əsas o idi ki günəş var idi. Bir də sən var idin.
Demişdim ee, hansı şəhər güldürəcək deyə tanrı soruşmuşdu, indi o sualı qırağa qoyub hansı qadın öldürəcək deyə soruşur tanrı təkliyinə möhkəmcə sarılıb.
İndi hansısa bir bulud yağdıracaq yağışını, indi hansısa bir şair düşünməyəcək günəş nə vaxt çıxdı, nə vaxt batdı… Bir şeir yazıb davam edəcək təkliyiylə sevişməyə.
***
Səni yaxınlarda bir yerə qoyub
Gəldim uzaqların yanına.
Hansı adəm övladı açıqlar
Necə yayılıb bu kimsəsizlik qanıma.
Vəsiqələrdə boş qoyulub yeri,
O qədər boşam sənsiz,
yəni heçkimsiz….

Sualların çoxluğu qorxutmur,
Bilirsən, cavabın olmayanda heçnəyə
utanmırsan ölməkdən.
Heç münkərnən nəkir də
soruşmayacaq heçnə.

Çıxart bütün bədənini,
gəl heçnəyinlə
Ol mənim Təkliyim.
Sarılım sənə, sevişim sənlə.
Sən də soruşma heçnə,
sadəcə gəl.

***

İndi hansısa bir bulud yağdıracaq yağışını, indi hansısa bir şair düşünməyəcək günəş nə vaxt çıxdı, nə vaxt batdı… Bir şeir yazıb davam edəcək təkliyiylə sevişməyə.

 

 

Advertisements