Rədd ol (Poem)

by Heydarov

 

Bir yay gecəsi, susqun bütün ağaclar,

Susqun bütün ümidlər, susqun bütün ölülər.

Tanrı boş vermiş bəndələrini otağının bir küncündə

Siqaret tüstüsündə.

Bizi öldürən bizlərin ölümdən qorxusu nədi ki?

Biz rənglərimizi kor edən əlsiz bir rəssamıq

Hər gün bir günahın ocağında.

Gün gəlir axtarırıq ana sevgisini

Bir qadının qucağında.

Tökülmüş bütün xatirələr sənin göz yaşlarında.
Şeirlərimin anlamı yoxdu bir qadın olmasa hər sətirdə,

Söydüyüm hər tanrı uşaqlardan utandı,

Ya həyatını aldığı, ya sevgisini aldığı, ya da…

Gözlərində tapdım nirvana`nın işıltısını,

İki kiprik arasındaydı bütün həyatım.

Bir sevgi nədir ki, al hədiyyəm olsun sənə həyatım.

Bir gün getsən, xahiş edirəm, mənə get.

Yollar aparsın səni cənnətimin düz orta yerinə,

Qoy qəlbimi də, göz yaşlarını də ora.

Sonra, sonra heç baxma arxana,

Rədd ol…

 

Advertisements