Gözlərin tək masmavi (Şeir)

colorfulpiano

Notlarda tapmışdım səni.
Nə gözəl yağırdın buludlardan, gözlərin tək masmavi.
Mən isə həyətə çıxa bilməyən uşaqtək
pəncərədən əlimi uzadıb yığırdım damlalarını ovcuma.

Biz çox gözlədik.
Sevilməyi gözlədik,
Sevməyi gözlədik,
yazı gözlədik ağacdakı yarpaqlar kimi,
bilmədik payızın daha öncə gələcəyini.
Gəlib bizi bir-birimizdən ayıracağını bimədik.

Hər kitab kimi bizim sevgimiz də bitdi.
Sən qoydun son nöqtəni son sözlərinlə.
Mən itdim gözlərinin mavisində,
qırıldı qanadlarım sən getdiyində…

Dəli şairlər anlatsın dərdimi mənim.
Yazsınlar kağıza axmaq bir sevgilinin şerini.
Misralara töksünlər qanımı, ağrıtmaz…
Sən gedəndən sonra heçnə ağrıtmır.
Öyrəşirəm sənsizliyə….

Və səhər gələcək və yenə günəş
öz istisiylə sevindirəcək hərkəsi, hərşeyi.
Və sən yenə həmin buludlarda olacaqsan, gözlərin tək masmavi.