Res Privata Transnationale

Big Borther is watching you

Siyasətin İqtsadiyyat üzərindəki səlahiyyəti itib. Artıq böyük korporosiyalar siyasət diqtə edir, qanunları təklif edir, seçir, dəyişdirir. Siyasətçilər isə səssiz qalırlar. Buna səbəb isə həmin siyasətçilərin `sponsorları` elə bu korporasiyaların olmasıdır.

Bu dəyişiklik ümumi ideologiyalarda (liberalizm, demokratika, kapitalizm) deformasiyalar yaratmağa başlayır. Res Publika`dan Res Privata`ya keçirik. Siyasətdə Korporatizm termini hazırkı zamanda tez-tez işlədilir. Yalnızca hakimiyyətdə olanlar öz sözlərini qanun olaraq qəbul etdirə bilirlər. Onlara qarşı çıxanları isə terrorist, anarxist, asayişi pozan, narkoman, qatil adları ilə birdəfəlik susdura bilirlər. Bu isə demokratiya anlayışının heç bir yerdə mövcud olmadığını sübut etməkçün kifayətdir. Bu vəziyyət həm mikro həm makro görüntülərdə mövcuddur. Amerikada öldürülən azlıqlar, eks-SSRİ ölkələrindəki vicdan və siyasi məhbuslar, Orta Asya ölkələrində baş verən vətəndaş müharibəsi mikro-görüntülərə nümunədir. Müsəlman təriqətlərinin bir-biri ilə və İslam`ın Qərblə olan müharibəsi, Rusiya və Qərbin Ukrayna münaqişəsi və digər ölkələrarası məsələlər isə makro-görüntüyə nümunədir.

Belə bir vəziyyətdə yeni bir ideoloji çevriliş etmək və korporasiyaların insan mənəviyyatı üzərindəki təsirini azaltmaq lazımdır. Buna isə yalnızca öz istehlak mədəniyyətimizi dəyişməklə başlaya bilərik. Digər tərəfdən isə bu mədəniyyəti təhsil`lə yaymaq, yeni nəsli bu barədə bilgiləndirmək lazımdır.

Advertisements