Heydaroff's World

All I think…

Tag: blog

Sürətli və asta düşünmə

Bu kitabı oxumağa yeni başladım. Yazarı isə psixoloq Daniel Kahnemandır. Kitabda bizim  qərar-vermə və mühakimə etmə bacarığımız haqda və əsasən beynimizin bizə verdiyi düşüncənin 2 sistemdə tətbiq edildiyi görülür. Sistem 1(Sürətli düşünmə) və Sistem 2(Asta düşünmə) olaraq ayrılan bu sistemlərin bizim qavrayışımıza, qərarımıza, mühakiməmizə təsirini mən də oxuduqca blogda yazacam.

Image

Deməli Sistem 1 bizim passiv olaraq və qısa zamanda qavradığımıza və anladığımıza yardım edən sistemdir. Sistem 2 isə biraz güc, zaman və diqqət istəyir. Bunlar haqda daha ətraflı davam edəcəm.

Deməli dəqiq intuisiyanın psixologiyasında heç bir möcüzəvi bir şey yoxdur. Bunu neçə illər şahmat masterliyi edən Hernert Simon tam olaraq belə ifadə edib: Situasiya bir işarə göstərir; bu işarə isə ekspertə yaddaşına həkk olan bir informasiyaya giriş verir, və informasiya cavabı təmin edir. İntuisiya tanıma, təsdiq etmə`dən başqa heç nə deyil. Bu 2 yaşlı uşağın qarşısındakı heyvanı tanıyaraq `it` deməsi kimi bir şeydir. Ekspert intuisiyası da buna oxşayır. Keçərli intuisiyalar ekspertin yeni situasiyalarda tanış elementləri tanıması və buna uyğun hərəkət etməsi zamanı inkişaf edir.

Bəzən isə mütəxəssislərin intuisiyaları heç də düzgün elementlər üzərində qurulmur. Misalçün Daniel bəy bir neçə il öncə bir sərmayədarla görüşdə öyrənib ki həmin şəxs Ford Motor Şirkətinə  on milyonlarla dollar vəsait qoyaraq səhmdar olub. Bunun səbəbini soruşduqda isə o yaxın zamanda onun avtomobil sərgisinə getdiyini və heyran qaldığını deyərək belə ifadə etmişdir: `Bəy, onlar bilirsən necə maşınlar düzəldirlər?`… O burda hər bir iqtisadiyyatçının nəzərə almalı olduğu element-Ford səhmlərinin dəyəri aşağıdırmı yoxsa yuxarımı?- əvəzinə öz intuisiyası ilə hərəkət edib.

Yuxarıdakı əhvalatdan belə nəticəyə gəlmək olar ki, hisslər və emosiyalar bizim intuitiv mühakimələrimizə və seçimlərimizə böyük təsir göstərir.  Başqa bir nəticə isə odur ki, biz ortada çətin sual olduğu zaman(Mən Ford`a investisiya qoymalıyammı?) bu sual əvəzinə daha rahatına(Ford maşınları xoşuma gəlirmi) cavab verməyə meyilliyik.

Image

Bu şəkildəki uşağın sifətinə baxılan zaman dərhal deyə bilərik ki, o hirslidir. Bundan sonra onun əlində olan bir şeyi ətrafa atacağı vəya ağlayacağı düşüncəsi də birbaşa ağlımızda yer tutur. Bu sürətli düşünməyə bir misal idi.

Bir də 17×24=X sualının cavabını tapın. Bu sualın cavabını tapmaq üçün biz bilirik ki vurma qaydasından istifadə etməliyik, lakin bunu bilsək belə cavabı tapmağımız o qədər də asan deyil. Bu suala cavab taparkən də biz Sistem 2(Asta düşünmə)dən istifadə edirik. Proses zehni işdir: Düşündürücü, zəhmətli və qayda-qanuna uyğun olmalıdır- Asta düşünmənin prototipidir. Hesablama yalnızca sizin beyninizdəki hadisə deyil, həmçinin bədəniniz də buna daxildir. Hesablama apararkən sizin əzələləriniz gərilir, təzyiqiniz artır və ürək döyüntünüz sürətlənir. Yanınızda kimsə olsa proses boyu göz bəbəyinizin genişləndiyini və bitdikdən sonra normala döndüyünü müşahidə edə bilər.

Hər iki sistem üçün ən asaslı ünsürlərdən biri diqqətdir: Siz nə qədər yaxşı maşın sürə bilsəniz də sıx trafikdə sola dönüş edərkən 17×24 hesablamasını apara bilməzsiniz, aparmamalısınız da. Bir tapşırıq üzərində kəskin diqqət insanı digər hər şeydən kor edir, hətta normal vəziyyətdə diqqət çəkən şeylərdən də. Ona görə də maşın sürərkən diqqətimizi yola verməliyik(bununla qəzaların səbəbləri də aydındır artıq).

Yuxarıdakı videonu izlədikdən sonra sizə maraqlı gəldiyinə əminəm. Gorilla təcrübəsi göstərir ki təəccübedici amilin təyin olunması üçün biraz diqqət lazımdır. Bu təəccüb sonra aktivləşir və sizin diqqətinizi cəmləşdirir: Siz baxacaqsınız və bu hadisənin ağlabatan bir hekayəini yaddaşınızda axtaracaqsınız. Xülasə, sizin etdiyiniz və düşündüyünüz şeylərin çoxu Sistem 1dən qaynaqlanır, lakin Sistem 2 işlər çətinləşdiyi zaman ortaya çıxır və çox vaxt son sözü deyir.

Sistem 1`in sərhədlərindən biri odur ki bu söndürülə bilmir. Siz öz dilinizdə sizə tanış bir sözü görsəniz onu oxuyacaqsınız, o zamana qədər ki diqqətiniz tamam başqa yerə getməsin. Bu da təcrübələrə dayanaraq məlum olub.(təcrübəni öyrənmək istəyənlər şərhdə yazsınlar)

Bəs mən niyə bu sistemlərə Sistem1 və Sistem2 adını verdim `avtomatik sistem` və `zəhmətcil(vəya zəhmət tələb edən) sistem` əvəzinə? Çünki Sistem1 demək `Avtomatik Sistem` deməkdən daha az yer tutur işləyən yaddaşda. Bu çox önəmlidir, çünki sizin işləyən yaddaşınızı tutan hər şey düşünmə bacarığınızı azaldır. Bu komputeri bilənlər üçün daha asan olar anlamaq üçün(Proqramların CPU`da tutduğu yer və sistemin yavaşlaması).

Davamını özüm də kitabı oxuduqca yazacam. Ümid edirəm maraqlıdır…

Mənbə: Düşünmək, Sürətli və Asta (Daniel Kahneman)

Advertisements

Səssiz party

Dərslərin bitməsinin üstündən 1 ay vaxt keçib artıq. İndi oturub fikirləşirəm ki, dərs vaxtı deyinə-deyinə keçirdiyim günlər hara, indi səhərdən axşama kimi boş-boş oturduğum günlər. Əslində problem dərsin olub-olmamağında deyil. Mən yaşamağı bacarmıram. Boş vaxtımı dəyərləndirə bilmək kimi bacarığım yoxdur, enerjimi nəyə xərciləyəcəyimi bilmirəm. Uşaq vaxtı elə cocuğluğumdan yararlanıb ağlıma gələn bütün dəli hərəkətləri edirdim, özümü sakitləşdirirdim. İndi böyüməyin verdiyi dınaqarası məsuliyyət, diqqətcillik mənim üçün dəmir-barmaqlıqlara oxşuyur. Hərdən fikirləşirəm ki,… əşşi heçnə ee…

Bakıda olanda deyirdim ki, `ay daa xaricə gedim oxumağa, hər şey çox gözəl olacaq. Heç kim qarışmıyacaq mənə, ətrafımda mənə əmr verən kimsə olmuyacaq, hər istədiyimi edə biləcəm.` Almanyaya gəldiyim 9 aydır artıq, və hələ ki etdiyim heçnə yoxdur fərqli. Avropa həyat tərzi ya mənə görə deyil, ya da mən avropa həyat tərzinə görə deyiləm. Aradakı incə fərqlilik isə mənim kim olmağımdadır.

Oxuduğum kitablar belə artıq məni əyləndirməkdən çox düşündürüb başımı ağradır. Ama neynəmək olar, başqa eliyəcək heçnə yoxdur.  Bu blog da ki elə-belə yazdığım bir axmaqlıq məhsuludur.

Yazmağa davam edəcəm…

%d bloggers like this: