Heydaroff's World

All I think…

Tag: düşüncə

Idrak Asanlığı

Dəyərləndirmə işi Sistem 1 tərəfindən avtomatik olaraq görülür, və ən önəmli funksiyalarından biri də Sistem 2`yə əlavə enerjinin lazım olub-olmadığını müəyyən etməkdir, hansı ki İdrak Asanlığı adlanır və ölçüsü `gərgin`-`asan` aralığındadır.  Asan ona işarə verir ki, hər şey əladır- təhlükə, önəmli bir hadisə, diqqət yönəltməyə ehtiyac yoxdur. Gərginlik bildirir ki problem var və Sistem 2`nin sürətlənmiş səfərbərliyinə ehtiyac duyulur. İdrak gərginliyi həm zəhmətin indiki səviyyəsindən və ödənilməmiş ehtiyacların varlığından təsirlənir.

İlluziya sözü ağıla birbaşa vizual illuziyanı gətirir, çünki biz aldadıcı şəkillərlə tanışıq.(Bu da Sistem 1`in yaddaşımızdakı əvvəlki hadisələri indiki hadisələrə bağlamasının nəticəsidir) Lakin İlluziya təkcə vizual olmur, yaddaş da həmçinin illuziya yaradır. Misalçün, sizə bir neçə dəfə tanımadığınız bir adamın adını göstərsək, və daha sonra nə vaxtsa hansısa jurnalda həmin adı görsəniz deyərsiniz ki mən bu adı hardasa görmüşəm və həmin adın sahibinin tanınmış olduğunu düşünərsiniz, halbuki elə deyil.

Əslində belə tanışlığın `keçmişlik` adlı güclü bir keyfiyyəti var, yəni bu birbaşa əvvəlki təcrübələrimizin güzgüdəki əksidir. Əvvəlcə gördüyünüz sözləri yenidən gördüyünüz zaman daha asan olur- onları başqa sözlərə nisbətən daha tez müəyyən edirsiniz, hətta onlar bulanıq olduğda və ya səs-küylə qarışdıqda belə başqa sözlərdən daha rahat anlayırsınız sözləri.  Qısacası, əvvəlcədən gördüyünüz bir sözü yenidən görəndə bu daha rahat bir İdrak Asanlığı yaradır, Və bu İdrak Asanlığıdır ki sizə tanışlıq təəssüratını yaradır. Həmçinin insanlar üçün də keçərlidir bu. Yəni 1 dəfə də olsa əvvəlcədən gördüyünüz insanı nə zamansa küçədə gedərkən müəyyən edə bilərsiniz(adını xatırlamasanız belə).

İdrak asanlığı və gərginliyi müxtəlif yollarla təsirlənir, və siz bunu bilmirsiniz belə. Elə buna görə də sizdə bu tanışlıq təəssüratı yaranır. Tanışlıq təəssüratı Sistem 1 tərəfindən yaranır və Sİstem 2 doğru/yanlış mühakiməni həmin təəssürata dayanaraq verir.

Image

Bir tərəfdən idrak gərginliyi Sistem 2`nin zəhmətcil əməliyyatları zamanı yaşanır. Digər tərəfdən İdrak gərginliyi mənbə`sindən asılı olmayaraq Sistem 2`ni səfərbər edir, insanların yanaşmasını rahat intuitiv metoddan daha analitik metoda dəyişir.

Keçən yazımda soruşduğum 2 məntiqi suallar da bu metod dəyişkənliyinə nümunədir. Bu sualları Prinston Universitetində 40 tələbəyə vermişdilər. Yarısına suallar kiçik solğun boz şriftlərlə verilmişdir. Suallar oxunaqlıdır, lakin şrift İdrak gərginliyini artırdı. Test nəticəsində suallar normal şriftdə verilən tələbələrin 90%i ən azından 1 səhv etdilər, lakin solğun boz şriftlərlə verilən tələbələrdə bu faiz 35%ə düşdü. Doğru oxudunuz: Performans pis şriftlə daha yaxşı oldu. Yəni, İdrak gərginliyi mənbə`sindən asılı olmayaraq Sistem 2`ni səfərbər etdi, belə desək artıq Sistem 1`in verdiyi intuitiv cavabı rədd etdi.

Advertisements

Maraqlı 2 məntiq sualı

Bu dəfə sizin bu 2 sual haqqında düşünməyinizi və cavab verməyinizi istəyirəm. Gələn yazıda bu sualları nədən verdiyimi izah edəcəm. Yəni izləyin yazıları 🙂

Think about it :)

1)Əgər 5 maşın 5 dəqiqəyə 5 məhsul istehsal edirsə, o zaman 100 maşın neçə dəqiqəyə 100 məhsul istehsal edər?

2)Göldə yosunlar var. Hər gün yosunlar iki dəfə artır. Əgər yosunlar 48 günə bütün gölü bağlıyırsa, neçə müddətə gölün yarısı yosunla dolar?

p.s. suallarda heç bir söz aldatması yoxdur.

Sürətli və asta düşünmə

Bu kitabı oxumağa yeni başladım. Yazarı isə psixoloq Daniel Kahnemandır. Kitabda bizim  qərar-vermə və mühakimə etmə bacarığımız haqda və əsasən beynimizin bizə verdiyi düşüncənin 2 sistemdə tətbiq edildiyi görülür. Sistem 1(Sürətli düşünmə) və Sistem 2(Asta düşünmə) olaraq ayrılan bu sistemlərin bizim qavrayışımıza, qərarımıza, mühakiməmizə təsirini mən də oxuduqca blogda yazacam.

Image

Deməli Sistem 1 bizim passiv olaraq və qısa zamanda qavradığımıza və anladığımıza yardım edən sistemdir. Sistem 2 isə biraz güc, zaman və diqqət istəyir. Bunlar haqda daha ətraflı davam edəcəm.

Deməli dəqiq intuisiyanın psixologiyasında heç bir möcüzəvi bir şey yoxdur. Bunu neçə illər şahmat masterliyi edən Hernert Simon tam olaraq belə ifadə edib: Situasiya bir işarə göstərir; bu işarə isə ekspertə yaddaşına həkk olan bir informasiyaya giriş verir, və informasiya cavabı təmin edir. İntuisiya tanıma, təsdiq etmə`dən başqa heç nə deyil. Bu 2 yaşlı uşağın qarşısındakı heyvanı tanıyaraq `it` deməsi kimi bir şeydir. Ekspert intuisiyası da buna oxşayır. Keçərli intuisiyalar ekspertin yeni situasiyalarda tanış elementləri tanıması və buna uyğun hərəkət etməsi zamanı inkişaf edir.

Bəzən isə mütəxəssislərin intuisiyaları heç də düzgün elementlər üzərində qurulmur. Misalçün Daniel bəy bir neçə il öncə bir sərmayədarla görüşdə öyrənib ki həmin şəxs Ford Motor Şirkətinə  on milyonlarla dollar vəsait qoyaraq səhmdar olub. Bunun səbəbini soruşduqda isə o yaxın zamanda onun avtomobil sərgisinə getdiyini və heyran qaldığını deyərək belə ifadə etmişdir: `Bəy, onlar bilirsən necə maşınlar düzəldirlər?`… O burda hər bir iqtisadiyyatçının nəzərə almalı olduğu element-Ford səhmlərinin dəyəri aşağıdırmı yoxsa yuxarımı?- əvəzinə öz intuisiyası ilə hərəkət edib.

Yuxarıdakı əhvalatdan belə nəticəyə gəlmək olar ki, hisslər və emosiyalar bizim intuitiv mühakimələrimizə və seçimlərimizə böyük təsir göstərir.  Başqa bir nəticə isə odur ki, biz ortada çətin sual olduğu zaman(Mən Ford`a investisiya qoymalıyammı?) bu sual əvəzinə daha rahatına(Ford maşınları xoşuma gəlirmi) cavab verməyə meyilliyik.

Image

Bu şəkildəki uşağın sifətinə baxılan zaman dərhal deyə bilərik ki, o hirslidir. Bundan sonra onun əlində olan bir şeyi ətrafa atacağı vəya ağlayacağı düşüncəsi də birbaşa ağlımızda yer tutur. Bu sürətli düşünməyə bir misal idi.

Bir də 17×24=X sualının cavabını tapın. Bu sualın cavabını tapmaq üçün biz bilirik ki vurma qaydasından istifadə etməliyik, lakin bunu bilsək belə cavabı tapmağımız o qədər də asan deyil. Bu suala cavab taparkən də biz Sistem 2(Asta düşünmə)dən istifadə edirik. Proses zehni işdir: Düşündürücü, zəhmətli və qayda-qanuna uyğun olmalıdır- Asta düşünmənin prototipidir. Hesablama yalnızca sizin beyninizdəki hadisə deyil, həmçinin bədəniniz də buna daxildir. Hesablama apararkən sizin əzələləriniz gərilir, təzyiqiniz artır və ürək döyüntünüz sürətlənir. Yanınızda kimsə olsa proses boyu göz bəbəyinizin genişləndiyini və bitdikdən sonra normala döndüyünü müşahidə edə bilər.

Hər iki sistem üçün ən asaslı ünsürlərdən biri diqqətdir: Siz nə qədər yaxşı maşın sürə bilsəniz də sıx trafikdə sola dönüş edərkən 17×24 hesablamasını apara bilməzsiniz, aparmamalısınız da. Bir tapşırıq üzərində kəskin diqqət insanı digər hər şeydən kor edir, hətta normal vəziyyətdə diqqət çəkən şeylərdən də. Ona görə də maşın sürərkən diqqətimizi yola verməliyik(bununla qəzaların səbəbləri də aydındır artıq).

Yuxarıdakı videonu izlədikdən sonra sizə maraqlı gəldiyinə əminəm. Gorilla təcrübəsi göstərir ki təəccübedici amilin təyin olunması üçün biraz diqqət lazımdır. Bu təəccüb sonra aktivləşir və sizin diqqətinizi cəmləşdirir: Siz baxacaqsınız və bu hadisənin ağlabatan bir hekayəini yaddaşınızda axtaracaqsınız. Xülasə, sizin etdiyiniz və düşündüyünüz şeylərin çoxu Sistem 1dən qaynaqlanır, lakin Sistem 2 işlər çətinləşdiyi zaman ortaya çıxır və çox vaxt son sözü deyir.

Sistem 1`in sərhədlərindən biri odur ki bu söndürülə bilmir. Siz öz dilinizdə sizə tanış bir sözü görsəniz onu oxuyacaqsınız, o zamana qədər ki diqqətiniz tamam başqa yerə getməsin. Bu da təcrübələrə dayanaraq məlum olub.(təcrübəni öyrənmək istəyənlər şərhdə yazsınlar)

Bəs mən niyə bu sistemlərə Sistem1 və Sistem2 adını verdim `avtomatik sistem` və `zəhmətcil(vəya zəhmət tələb edən) sistem` əvəzinə? Çünki Sistem1 demək `Avtomatik Sistem` deməkdən daha az yer tutur işləyən yaddaşda. Bu çox önəmlidir, çünki sizin işləyən yaddaşınızı tutan hər şey düşünmə bacarığınızı azaldır. Bu komputeri bilənlər üçün daha asan olar anlamaq üçün(Proqramların CPU`da tutduğu yer və sistemin yavaşlaması).

Davamını özüm də kitabı oxuduqca yazacam. Ümid edirəm maraqlıdır…

Mənbə: Düşünmək, Sürətli və Asta (Daniel Kahneman)

%d bloggers like this: