Heydaroff's World

All I think…

Tag: heydaroff

Çək, qadın!

Image

 

Çək vərəğə şeirlərimi qadın,

Al gözlərimin rəngini, qatışdır qanla.
Görürsənmi ürəyimdə yazılıb adın,

Birləşdir həyatımı, kədərimi kətanla.

 

Sən heç duydunmu xoşbəxtliyin qoxusunu?
Heç öldünmü məndən ayrı qalarkən?
İstədinmi qaçmaq hərkəs, hərşeydən?
Açdım qəlbimi, gəl sığın sevgimə.

Çək vərəğə şeirlərimi qadın,
Səninləykən cənnət mənim sandım.
Əllərim üşüyəndən sonra
Sənsiz olduğumu anladım.

Gəl qadın, sıx əllərimi sinənə,
Qoy eşidim ürəyimin döyüntülərini.
Ərit məni dodaqlarının istisində.

Sus! Bilirəm boş xəyaldır səni sevmək,
Boş nağıldır mənimlə olduğunu bilmək…

Çək vərəğə şeirlərimi qadın,

Qarışdır göz yaşımı göz yaşınla çək vərəğə fırçayla.
İtirək `Sən` və `Məni, yox olsun.
`Biz` olan varlıq tablolarda qalsın…

 

 

 

Advertisements

Səssiz party

Dərslərin bitməsinin üstündən 1 ay vaxt keçib artıq. İndi oturub fikirləşirəm ki, dərs vaxtı deyinə-deyinə keçirdiyim günlər hara, indi səhərdən axşama kimi boş-boş oturduğum günlər. Əslində problem dərsin olub-olmamağında deyil. Mən yaşamağı bacarmıram. Boş vaxtımı dəyərləndirə bilmək kimi bacarığım yoxdur, enerjimi nəyə xərciləyəcəyimi bilmirəm. Uşaq vaxtı elə cocuğluğumdan yararlanıb ağlıma gələn bütün dəli hərəkətləri edirdim, özümü sakitləşdirirdim. İndi böyüməyin verdiyi dınaqarası məsuliyyət, diqqətcillik mənim üçün dəmir-barmaqlıqlara oxşuyur. Hərdən fikirləşirəm ki,… əşşi heçnə ee…

Bakıda olanda deyirdim ki, `ay daa xaricə gedim oxumağa, hər şey çox gözəl olacaq. Heç kim qarışmıyacaq mənə, ətrafımda mənə əmr verən kimsə olmuyacaq, hər istədiyimi edə biləcəm.` Almanyaya gəldiyim 9 aydır artıq, və hələ ki etdiyim heçnə yoxdur fərqli. Avropa həyat tərzi ya mənə görə deyil, ya da mən avropa həyat tərzinə görə deyiləm. Aradakı incə fərqlilik isə mənim kim olmağımdadır.

Oxuduğum kitablar belə artıq məni əyləndirməkdən çox düşündürüb başımı ağradır. Ama neynəmək olar, başqa eliyəcək heçnə yoxdur.  Bu blog da ki elə-belə yazdığım bir axmaqlıq məhsuludur.

Yazmağa davam edəcəm…

Apple və yeni İPHONE 5

Hər il, Apple şirkəti Smartfon xəttində İphone`u yenilədikcə, internet aləmi cəfəngiyyatlarla dolur..Bu yenə SanFransisco`da olan tədbirlə də baş verdi, iPhone 5`in buraxılışı oldu. Təbii ki, yeni İphone nazik və yüngüldür, bəs başqa hansı özəllikləri ilə digər İphone modellərindən fərqlənir? Və budur burada İphone haqqında ən önəmli faktorlar:  

1. Daha Nazik və daha yüngül quruluş. Ən birinci gözə dəyən şey o oldu ki, İPHONE5 bütün İPHONE`lar içərisində ən incə və yüngülü oldu. Apple`dan belə yenilik gözlənilən olsa da, 9.3mm-enində  iPhone 4S`i 7.6mm`lik iPhone 5 edirsə — həmçinin daha sürətli və güclü edirsə — bu cazibədardır. Bu həmçinin 20% daha yüngül olub 146 qramdan 114 qrama endirildi.

Design_image1

2. Daha böyük ekran. iPhone 5’in 4-inç panaramik ekranı, ola bilər ki ən böyük yeniliyi olsun. 1136 x 640-piksel görüntüsü ilə,1 inç üçün 326 piksellik Retina ekran ilə, və 16:9 əsaslı nisbət ilə, Apple’ın yeni model smartfonu rəqabətdə birbaşa yüksəlir. Apple həmçinin iddia edir ki, İPHONE5 hazırkı modellərdən fərqli olaraq 44%daha çox rəng piksellərinə sahib olacaq. Bu yeniliyin faydasını görməyə, iOS əsas ekrana 5ci sıranı əlavə etdi. Bu yenilikdən etibarən, Apple`ın prezentasiyasına görə, iPhone istifadəçiləri 100`ə qədər APP istifadə edə bilərlər. Ama bu həmçinin o deməkdir ki, APP`lar böyük ekran üçün yenidən dizayn edilməlidir. Apple həmçinin ekrana yerləşə biləcək 5günlük iş rejimini göstərən şəxsi kalendarı da nümayiş etdi.

Display_hero1

 

3. Daha sürətli məlumat şəbəkəsi. Ən sonda, Uzun Müddətli Təkamül (LTE) firması sözünü tutaraq,məlumat şəbəkələri Apple’ın məhsullarına zərbə endirdi. LTE  WiFi`dan daha sürətli yükləmə sürəti təqdim etdi, və dünyanın hər yerində istifadə üçün standartdır. Bu o deməkdir ki, sizin iPhone 5 asanlıqla beynəlxalq srəhədlərə çıxa bilər. Apple bugün həmçinin yeni A6 çip`lərini -hansı ki A5`dən iki dəfə sürətli işləyir- nümayiş etdi.

Wireless_hero1

4. Biraz daha yeni kamera. Apple İPHONE4S`in kamerasına görə yüksək xal aldı, və bu qədər kiçik telefonun içərisinə dizayn edilən şeylərə baxdıqda mühəndisliyin tavan etdiyini görə bilərik və buna görə də Kamera cəhətdən yenilik etmək biraz çətin olardı. Əsasən, iPhone 5  iPhone 4S`lə eyni kamera funkisayalarına mənsubdur, Ancaq A6 prosessor şəklin 40%daha sürətli çəkilməsini təmin edir. Bu həmçinin video çəliliş zamanı şəkil kadrlarını da çəkə bilir, bu da İPHONE5 panarama çəkilişinə kömək edir. iPhone 5 həmçinin 720p ön kameraya sahibdir, yəni artıq mobil FACETİME zəngləri daha keyfiyyətlidir, və iOS 6 ilə, istifadəçilər işlətdikləri şəbəkəyə əsasən videogörüntü ilə danışa bilərlər.

Camera_hero1

5. Yeni bağlayıcı. iPhone 5`lə 30-pin`lik bağlayıcı kabel işlədilməsi daynadırıldı(Hansı ki İpod`la birliktə istifadəyə verilmişdi). Bunun yerinə bugün, yeni, dijital 8siqnallı kabel nümayiş etidrildi. Bu qeydin çox böyük effekti olacaq, çünki bu milyonlarla kabeli köhnəlmiş edəcək. Bu yeni bağlayıcı — hansı ki onlar bunu `LİGHTENİNG” adlandırırlar komputerlərindəki “Thunderbolt” portlara uyğun olaraq — daha kiçik və nazik məhsullar yaratmaq üçün önəmli idi.

Lightning_hero1

Niye?

Allah bizi yaratdi. Biz yashadiq, boyuduk, hele de yashamagha davam edirik. Buna heyat dovrani deyirler. Heyat dovrani- insanin ana betninde olarken Allah’in o cisme ruh gondermesinden bashlayarag o bedenden hemin ruhu geri alincaya qederki davam eden zaman perioduna deyilir. Ve bu heyat dovrani daimi yenilenir. Yeni birinin bedenine ruh girende digerinden cixir ve hemin adamin bedeninden cixandan sonra bashqa bir bedene girir.Amma bu son Demek deyil. Yeni ‘Heyat Dovrani’ adlanan muveqqeti prosesi muveffeqiyyetle basha vuranlar* ebedi prosessizliye gedir, yeni ebediyyete qovushur herkesin bileceyi shekilde desek. Heeee bu * isharesini qoymaghda meqsedim o idi ki muveffeqiyyetle basha vurmag deyende ele ruhum chixmasini gozlemeyi nezerde tutmurdum. Muveffeqiyyeti elde ede bilmek uchun sene seni yaradan terefinden qoyulan shertleri yerine yetirib onun sene emr etdiyi emmelleri tam shekilde bitirmelisen. Demeli bele, bir de bu muveffeqiyyeti qazanamayanlar var, kimler ki O(Allah)’in soylediyi-emr etdiyi- emelleri yerine yetirmir. Onlarin sonunu dile bele getirmek istemerem, artiq gerisini siz dushunun.Neyse onsuz meqsedim kimin hara gedeceyini soylemey deyil. Bunlarin hamisi QURAN-I KERIM’de tam aydinlighi ile qeyd edilib. TED’in bir muhazirelerine baxanda maraghimi celb eden bir movzu oldu. Ughurlu biznes qurmaghla baghli idi sohbet. Bele bir idea ireli surdu muhazirechi ki ne ise bazara chixardanda ilk olara onun NE NECE olacaghi barede deyil NIYE olacaghi baresinde dushunmek lazimdir. Bax ele bu ‘NIYE’ sozu meni yaman tutdu. Her zaman ne ise edende niye edirem dey ozume sual verirem? Eslinde hamisinin cavabi melumdu amma yene de oz beyinalti fikirlerimi ortaliga tokmek ucun bu sualla butun beyin huceyrelerimi elek-velek edirem. Choxuna cavab tapiram hetta deye bilerdim ki hamisina cavab tapiram….Amma meni maraglaNdiran en onemli bir suala cavab tapa bilmirem. Bu sualin cavabi belke chox insana namelumdu, amma hele ki men ozumde bunu hiss edirem. Cavabini axtardighim sual: “NIYE men?”Bu suali genishlendirmeyi o qeder chox istiyerdim ki, amma inanmiram ki bir neche paragraf’a bunu sighdira bilem. Gerey 400-500 sehifelik roman yazim. Amma her yazimda bu NIYE haqda daha da aydinlashdirici danishacam.AMMA XAHISH EDIREM BU SUALIN CAVABINI TAPAN VARSA HARDA OLURSA OLSUN MENI TAPSIN!!!!

%d bloggers like this: