Fəlsəfi terminlər(izahlı)

Bu terminləri yenicə bitirdiyim Lesley Levene`nin yazdığı `İ think, therefore İ am`(Düşünürəm, ona görə də varam) kitabından öyrəndim və tərcümə etdim. Tərcümə zamanı Azərbaycan dilinin izahlı lüğətindən istifadə etmişəm.

philosophy

Atomizm– Şey`lərin(şey- konkret və mücərrəd zadlar mənasını verir) xüsusi və müstəqil parçalara bölünüb analiz edilərək başa düşülə bildiyini iddia edən fəlsəfi cərəyandır.

Konseptualizm– Mücərrəd məvhumların yalnızca idrak`da mövcud olduğunu iddia edən fəlsəfi cərəyan.

Kritik Realizm– Prinsip olaraq gerçəkliyin olduğunu, lakin bu gerçəkliyin hər zaman hüdudlanmış olduğunu iddia edən realizm cərəyanının bir qoludur.

Dekonstruksianizm– Fəlsəfi və ədəbi dilin onların daxilində olan mövhum və dili öyrənməklə analiz edilməsidir- məsələn, ifadə formalarının özəyindəki məna və fərziyələr arasındakı əlaqə.

Deizm– Kainata müdaxilə etməyən ilahi varlıq və ya yaradıcıya olan inancdır.

Deontologiya– Vəzifə və öhdəliklərin təbiətini(əsasını) öyrənən fəlsəfi sahədir.

Determinizm– Bütün hadisələrin baş verməsinin maddi və mənəvi səbəbinin olduğunu iddia edən fəlsəfi cərəyandır.

Dialektik Materializm–  Siyasi və tarixi hadisələrin sosial konfliktlər səbəbindən, hansı ki maddi ehtiyaclardan doğur, baş verdiyini deyən Marksizm cərəyanının bir qoludur.

Dualizm– iki hissəyə, kateqoriyaya və ya elementə bölünmə deməkdir.

Emotivizm- Dəyər və inancların(xüsusilə etik dəyərlər) mühakiməsinin mövcud faktlardan çox emosiyanı əks etdirdiyini iddia edən fəlsəfi cərəyandır.

Empirizm– Bütün biliklərin hisslərimizdən doğan təcrübələrə istinadən yarandığını iddia edən fəlsəfi cərəyandır.

Epistemologiya– Biliyi, xüsusən də onun metodlarını, tutarlılığını, və hüdüdlarını öyrənən fəlsəfi sahədir.

Ekzistensializm (lat. exsistensia-varlıq)- Fərdin azad və məsuliyyətli şəkildə mövcudluğu ideyasıdır.

Funksiyanizm– Şey`lərin(şey- konkret və mücərrəd zadlar mənasını verir) ümumi yalnızca sistemdə gördüyü funksiyadan ibarət olduğunu iddia edən fəlsəfi cərəyandır.

Humanizm–  İlkin önəmin ilahi və ya fövqəltəbii varlıqlara yox, insanlara bağlı olmasını iddia edən etik/fəlsəfi cərəyandır..

İdealizm-Ruhi olanın, qeyri-maddinin birinciliyi və maddi olanın ikinciliyi prinsiplərindən çıxış edən fəlsəfi cərəyandır.

İdeologiya– İctimai şüurun müxtəlif formalarında ifadə olunan ideyalar, təsəvvürlər, məfhumlar sistemidir.

Liberalizm– Azadlığa inanan və onu tələb edən siyasi/fəlsəfi cərəyandır.

Məntiqi Pozitivizm– Yalnızca məntiqi analizlə həll oluna bilən mənalı fəlsəfi problemlərin varlığını fərz edən idealist fəlsəfi cərəyandır.

Materializm-İdealizmin əksinə olaraq dünyanın obyektiv varlığını və material onun qanunauyğunluqlarının  dərk olunmasının mümkünlüyünü qəbul edən elmi-fəlsəfi cərəyandır.

Metafəlsəfə– Fəlsəfənin təbiətini(əsasını) öyrənən teoriyadır.

Metafizika– Hadisələri, onların qarşılıqlı əlaqələri, ziddiyyətləri və inkişafı xaricində götürən idealist dünyagörüşü və dərketmə metodudur.

Naturalizm– Hər şeyin özəyində təbiət və təbiət elmlərinin durduğunu iddia edən fəlsəfi cərəyandır.

Panteizm– Allahı təbiətlə eyniləşdirən və təbiəti Allahın təcəssümü sayan dini-fəlsəfi dünyagörüşüdür.

Perspektivizm– İdeyaların müəyyən perspektivlərdə varlığını, ona görə də gerçəkləri vəya dəyərləri mühakimə etməkçün bir neçə movcud baxışların olduğunu iddia edən fəlsəfi cərəyandır..

Rasionalizm– Ağlı idrakın yeganə mənşəyi hesab edən idealist fəlsəfi cərəyandır.

Realizm– Obyektiv varlığı və onun tipik xüsusiyyətlərini düzgün əks etdirməkdən ibarət bədii idrak üsuludur.

Teizm-Allahın fövqəltəbii vücud kimi varlığına, bütün maddi və mənəvi proseslərə onun zəka və iradəsinə təsir göstərməsini qəbul edən dini, fəlsəfi təlimdir.

Utilitarianizm (lat. utlititas-fayda)- Əməllərin çoxluğa faydalı olduğu zaman doğru olduğunu iddia edən fəlsəfi cərəyandır.

Oxuduğunuz üçün təşəkkürlər, ümid edirəm nə isə öyərənə bildiniz.