Şüuraltı hadisələr və təlimatlandırma

İki söz yazacam və bu təcrübədə siz Sistem 1`in(İntuisiyanın) necə maraqlı olduğunu görəcəksiniz.

Banan                                                              Ürəkbulanması

Son saniyələrdə sizə çox şey oldu. Siz bəzi xoşagəlməz fikirlər gətirdiniz ağlınıza, nəsə biraz iyrəndiniz, sifət mimikalarınız dəyişdi. Yəni demək istəyirəm ki, bununla siz əslində realda da eyni reaksiyanı verəcəyiniz bir hadisəyə özünüz belə istəmədən, avtomatik reaksiya verdiniz. Bax bunu beynimizdəki Sistem 1 edir.

Sözləri görmək nəticəsində düzələn bu düşüncələrin yaranma prosesinə `Assosiativ aktivləşmə` deyilir- Ortaya çıxan idealar digər başqa ideaları da prosesə dəvət edir beyninizdə şaquli şəkildə yayılaraq. Bu mürəkkəb zehni əməllər qurğusunun əsas xassəsi əlaqələndirmədir. Hər element bir-biri ilə əlaqədardır , bir-birini dəstəkləyir və bir-birini gücləndirir. Söz yaddaşı oyadır, yaddaş hissləri, hisslər isə üz mimikalarını və əsəbləşmə, iyrənmə, uzaq durma kimi reaksiyaları oyadır.

Image

Alimlər uzun araşdırmalardan sonra belə bir nəticəni bildirirlər ki, əslində idrak fizikiləşmişdir; siz yanlız beyninizlə deyil, həm də bədəninizlə düşünürsünüz.

Psixoloqlar ideaları bir-biri ilə əlaqədə olan və böyük bir şəbəkədə yerləşən xırda nöqtələr olaraq tanımlayıblar. Əslində 3 cür əlaqə var idealar arasında: 1)səbəb və təsir əlaqəsi(xəstəlik=>qusma), 2) xüsusluq əlaqəsi(limon=>yaşıl), 3) kateqorik əlaqə(banan=>meyvə). Və biz hərhansı bir ideya fikirləşdikdə, şüuraltında başqa bir çox daha ideanı aktivləşdiririk və bunlar bizim istəyimizdən asılı olmadan baş verir.

Image
Gələk daha maraqlı bir məsələyə. Deməli, `Dəniz` sözünü eşidəndən sonra bu `Qa_ıq`  sözünün nə olduğunu dərhal bilərsiniz.(Qayıq), ancaq `yemək` sözünü eşitsəniz dərhal ağlınıza bu söz `Qaşıq` olaraq gələcək. Bu `Təlimatlandırma` effekti adlanır. Dəniz sözü qayıq`ı, yemək sözü isə qaşıq`ı təlimatlandırdı beyninizdə. Təlimatlandırma konspetlər və sözlərlə hüdudlu deyil, yəni sizin hərəkətlətiniz və hissləriniz sizin agahında belə olmadığınız hadisələr tərəfindən təlimatlandırıla bilər. Nə isə maraqlı bir şey görəndə fikrinizin ona yönəlməyi, hansısa bir hadisəyə gülməyimiz təlimatlandırma effektinin nəticəsidir.

Son olaraq bir fakt deyim. Bir çox ölkələrdə, əsasən də diktatura ilə idarə olunan ölkələrdə, liderlərin şəkillərinin hər yerdən asılması boşuna deyil. Biz kimsə tərəfindən baxıldığımız zaman hərəkətlərimizə diqqət edirik, və anlıq həkətlərdən uzaq dururuq çox vaxt. Bu bizim yaddaşımızda artıq belə həkk olunub, və bu şəkilləri gördüyümüz zaman da əslində əvvəlki hadisələrdən təsirlənərək hərəkətlərimizi tənzimləyirik. `Böyük Qardaş Sizə Baxır` deyimindəki bu baxış əslində zehni bir prosesdir.

Növbəti yazılarda digər məsələlərə açıqlıq gətirəcəm 🙂

Izləməyi unutmayın…